XIII Qlobal Bakı Forumu: Azərbaycan liderindən dünyaya siyasi və iqtisadi mesajı
Aygun Allahverdiyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 277 saylı uşaq bağçası və körpələr evinin müdiri
Martın 12- də Bakıda Prezident cənab İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunun öz işinə başladı. Prezident dünyada gedən bir çox beynəlxalq məsələləri xaricdən ölkəmizə qonaq gəlmiş diplomatların nəzərinə çatdırdı. Son illər dünyada baş verən siyasi münaqişələr, hərbi qarşıdurmalar müharibələrin getdikcə genişlənməsinə səbəb olmuşdur. Bu səbəbdən də ölkələr arası sülh-əməkdaşlıq qurulmalı, siyasi- iqtisadi dəyərlər öz aktuallığını qorumalıdır.
Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev onu da vurğuladı ki, təhlükəsizlik istiqamətində beynəlxalq səylər birləşdirilməlidir. Dünya təcrübəsi onu göstərdi ki, Azərbaycanlılara qarşı 30 il etnik təmizlənmə baş verib. Bu, 30 il ərzində BMT-nin Təhlükəsizlik Şurasının Ermənistana təzyiqi bir nəticə verməyib. Ermənistan silahlı qüvvələri torpaqlarımızın 20 faiz ən çox hissəsini zəbt etmiş, insanları qətlə yetirmişdir. Azərbaycan dövləti öz gücü hesabına düşmənin bütünlüklə hərbi texnika və canlı qüvvələrini zərərsizləşdirmişdir. Xalqımız öz azadlığını əldə etdi və torpaqlar geri qaytardı.
Dövlət başçısı cənab İlham Əliyev onu da qeyd etdi ki, Azərbaycan neft, qaz və enerji ixracını da öz gücü sayəsində xarici dövlətlərə nəql edir. Eləcə də hava yolları, dəniz və quru nəqliyyat tranzit yükdaşımalar Azərbaycanın xaricdə nüfuzunu artırır.
XIII Qlobal Bakı Forumu vasitəsi ilə müasir dünyanın çağrışları qarşısında öz mövqeyini bir daha beynəlxalq qurumlara çatdıran cənab İlham Əliyev ölkəmizin sülhsevər dövlət olduğunu yenidən vurğuladı.