Xarici Dillər Təmayüllü Gimnaziyanın şagirdləri şəhidləri "XARIBÜLBÜL"lü flaşmobla yad etdilər

27 sentyabr-"Anım günü" ilə əlaqədar Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Respublika Gimnaziyasının 5-ci  sinif şagirdləri şəhidlərin əziz xatirəsini qürur və ehtiramla yad etmişlər. Şagirdlər Vətən Müharibəsinin simvolu olan "XARIBÜLBÜL" təsviri ilə flaşmob həyata keçirmişlər.

Xarici Dillər Təmayüllü Respublika Gimnaziyasının direktoru Xəyalə Veyisova bildirmişdir ki, uşaqların, yeniyetmələrin və gənclərin vətənpərvər ruhda tərbiyəsində təhsil ocaqlarının rolu müstəsnadır. Xəyalə Veyisova vurğulamışdır ki, xüsusi ilə sinifdənxaric, dərsdənkənar fəaliyyətlər məktəblilərin özlərini formalaşdırması, yetişdirməsi üçün vacib amillərdəndir.