Xankəndi stadionu cəmi 2 ay ərzində yenidən inşa edilmiş separatizmi əks etdirən bütün yazılar tarixin zibilliyinə atılmışdır

Xankəndi stadionu cəmi 2 ay ərzində yenidən inşa edilmiş separatizmi əks etdirən bütün yazılar tarixin zibilliyinə atılmışdır
Nüşabə Abbasova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 285 nömrəli tam orta məktəbin müəllimi
Bütün xalqın sevincinə səbəb olmuş bu hadisə tariximizə qızıl hərflərlə yazıldı. İlk dəfə işğaldan azad olunmuş ərazimizdə Xankəndində futbol matçı keçirildi. Xankəndində topa ilk zərbəni Prezident cənab İlham Əliyev vurdu. Bununla da Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunu başladı.
‘’Qarabağ’’- MOUK oyunu . İlk dəfə idi ki, Xankəndi stadionuna bu qədər azarkeş toplaşmışdı. (30 ildən sonra) Azarkeşlər içərisində şəhid və qazi ailələri də var idi. Prezident İlham Əliyev azarkeşlər qarşısında çıxış etdi. Prezident xatırlatdı ki, 30 il ərzində Xankəndi şəhəri separatizmin rəmzinə çevrilmişdir. Şanlı Azərbaycan ordusu onlara və bütün dünyaya sübut etdi ki, Qarabağ bizim tarixi, əzəli torpağımızdı. Bu torpaqların sahibi Azərbaycan xalqıdır. Üç ay öncə Xankəndində bir günlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Bu gün bütün Qarabağ bölgəsində Azərbaycan bayrağı dalğalanır.
Daha sonra Prezident qeyd etdi ki, Xankəndi stadionu cəmi 2 ay ərzində yenidən inşa edilmiş separatizmi əks etdirən bütün yazılar tarixin zibilliyinə atılmışdır. 4 il bundan əvvəl Xankəndi stadionunda bəziləri “Qarabağ Ermənistandır və nöqtə” demişdir. İndi isə biz deyirik ki, Yaşasın Qarabağ! Yaşasın şanlı ordumuz! Qarabağ Azərbaycandır! Bundan sonra bütün Qarabağ torpaqlarında Azərbaycan Bayrağı dalğalanacaq. Azərbaycanlılar bu torpaqda əbədi yaşayacaq!