Əfsanə Əliyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 318 saylı tam orta məktəbin əməkdaşı
Biz Novruz bayramını illərdən bəri qeyd edir və adət-ənənələrimizi nəsildən nəsilə ötürüb çatdırırıq. Düşünürəm ki, hər bir xalqın milli dəyərlərinin qorunmasında bütün xalq əhalisi ilə bərabər həmin xalqın lideri olmaq missiyasını daşıyan tarixi şəxsiyyətində üzərinə böyük məsuliyyət düşür və biz çox xoşbəxt xalqıq ki, Ulu Öndər Heydər Əliyev kimi liderimiz olmuşdur. Azərbaycan və azərbaycanlılar qarşısındakı xidmətləri sırasında Novruzun yenidən xalqımıza qaytarılması kimi ümummilli əhəmiyyət kəsb edən məsələni xüsusi qeyd etmək lazımdır.
Elə məhz Ulu Öndərin xeyir-duası ilə illərdir Novruz bayramı rəsmən bayram olaraq qeyd olunur. Ulu Öndər Heydər Əliyev çıxışlarında belə söyləyirdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.”
Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin uğurlu siyasəti ilə başlanmış və 44 gün davam edən İkinci Qarabağ müharibəsində biz tam Qələbəni əldə etdik və Ordumuz doğma torpaqlarımızı işğaldan azad edərək bizə bu gün artıq həmin ərazilərdə Novruz bayramını qeyd etmək qismətini bəxş etdi. Novruz mənim ən sevdiyim bayramımdır. Bu bayramda hər birimiz deyir, gülür,əylənir.Mən çox sevinirəm ki, işğaldan azad edilmiş Qarabağda Novruz bayramı tədbirləri keçirilir. Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir,hər birimizin ocağında bol-bol ruzi bərəkət olması diləyi ilə BAYRAMINIZ MÜBARƏK!