Vətən müharibəsində qazanılan Zəfər gənclərimizin mənəvi-fiziki hazırlığında inqilabi dəyişiklik yaradıb

Vətən müharibəsində qazanılan Zəfər gənclərimizin mənəvi-fiziki hazırlığında inqilabi dəyişiklik yaradıb

Həvva Məmmədəliyeva

Dövlət İqdisad Universitetinin tələbəsi

YAP Suraxanı rayon təşkilatının fəal gənc üzvü

2025-ci ilin ən bariz göstəricisi qazanılan medalların sayında qeydə alınan rekorddur. Beynəlxalq arenalarda idmançılarımız tərəfindən 2000-dən çox medalın, o cümlədən 600-dən çox qızıl medalın əldə edilməsi ölkə tarixində görünməmiş bir hadisədir.

Cənab Prezidentin qeyd etdiyi kimi, artım tamamilə təbiidir; çünki dövlətin idmana qayğısı hər il daha da sistemli xarakter alır. Bu uğurların arxasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun gənc idmançılara, xüsusən də uşaq və yeniyetmələrə göstərdiyi mənəvi və maddi dəstək xüsusi yer tutur. Medalların bu miqdarda olması həm də idman növlərinin şaxələnməsinin göstəricisidir.

Prezident cənab İlham Əliyevin çıxışında vurğulanan əsas məsələlərdən biri sağlam gənc nəslin yetişdirilməsidir. Sağlam ruhlu gənclik həm də vətənpərvər gənclikdir. Son 5 il ərzində idmançılarımız arenalara "Qalib xalqın nümayəndəsi" kimi çıxırlar.

44 günlük Vətən müharibəsində qazanılan Zəfər, idmançılarımızın mənəvi hazırlığında inqilabi dəyişiklik yaradıb. Bu gün Azərbaycan bayrağının ucaldılması həm hərbi, həm də idman sahəsindəki qüdrətimizin nümayişidir. Mehriban xanım Əliyevanın milli dəyərlərin qorunması sahəsindəki fəaliyyəti idmançılarımızı həm də əsl milli elçi kimi yetişdirir.