Vətən müharibəsi şəhidi Qardaşxan Əhmədli anım günündə ehtiramla yad edilib
Dekabrın 20-də Vətən müharibəsi şəhidi Əhmədli Qardaşxan Elxan oğlunun anım günü qeyd edilib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şanlı ordumuzun qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan “3-cü dərəcəli Vətənə xidmətə görə“ ordeni, Vətən uğrunda” və "Xocavəndin azad olunmasına görə” medallarına layiq görülən Şəhid Əhmədli Elxan Qardaşxan oğlunun anım günü qeyd olunub.
Anım günü münasibətilə YAP Suraxanı Rayon Təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Dəniz Aslan, digər rəsmi şəxslər, şəhid ailələri şəhidin Binə qəsəbəsi Şəhidlər Xiyabanında məzarını ziyarət ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub.