Vətən müharibəsi şəhidi Məhəmməd İsmayılzadə doğum günündə ehtramla yad edilib

Vətən müharibəsi şəhidi Məhəmməd İsmayılzadə doğum günündə ehtramla yad edilib

12 iyun Şəhid İsmayılzadə Məhəmməd Fizuli oğlunun doğum günüdür. Şəhidin doğum günü münasibətilə YAP Suraxanı Rayon Təşkilatının nümayəndələri Ənvər Haqverdiyev, Fərəh Məcidzadə, YAP Suraxanı rayon təşkilatının fəal gəncləri, Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, polkovnik Anar Eyvazov, Müdafiə Nazirliyinin nümayəndələri,  Suraxanı Rayon İcra Hakimiyyətinin şobə müdirinin müavini, sektor müdiri Elmar Huseynov, Suraxanı RİH-nin nəzdində Layihə Smeta Bürosunun rəisi Şaiq Səfərov, Zığ Bələdiyyəsinin sədri Arzu Aslanova, digər rəsmi şəxslər, şəhid ailələri şəhidin Zığ qəsəbəsi Dədə Qorqud yaşayış sahəsində yerləşən Şəhidlər Xiyabanında məzarını ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur.

Şəhidin atası Fizuli İsmayilov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan Ilham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Yeni Azərbaycan Partiyası a öz minnətdarlığını ifadə edib.