Vətən müharibəsi Şəhidi Fərhad Babayev anım günündə ehtiramla yad edilib
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşən Babayev Fərhad Məhərrəm oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 4 il ötür. Anım günü münasibətilə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və sədr müavini Salman Əbdülov anım günündə Şəhid Fərhad Babayevin ailəsini ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmışlar.
Şəhidin ailəsi dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına şəhid ailələrinə göstərdikləri diqqət, sevgi və qayğıya görə öz dərin minnətdarlıqlarını bildirmişlər.
Sonda YAP Suraxanı rayon təşkilatının nümayəndələri tərəfindən şəhidin adının əbədiləşdirilməsi məqsədilə Qaraçuxur qəsəbəsi Yeni Günəşli "V" yaşayış sahəsində onun xatirəsinə inşa edilmiş bulaq – abidə kompleksini ziyarət edilmiş, dualar oxunub, ruhu böyük ehtiramla anılıb.