Vətən müharibəsi şəhidi Elşən Səmədli anım günündə etiramla yad edilib

Vətən müharibəsi şəhidi Elşən Səmədli anım günündə etiramla yad edilib

Dekabrın 2-də Vətən müharibəsi şəhidi Səmədli Elşən Bayram oğlunun anım günüdür. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Şəhid Səmədli Elşən Bayram oğlunun anım günü qeyd olunub.

Anım günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, YAP Suraxanı Rayon Təşkilatının məsul əməkdaşı Ənvər Haqverdiyev, Qaraçxuxur Bələdiyyəsinin sədri İxdiyar Nəcəfov, Suraxanı RİHB-nin Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yusif İbrahimov şəhid ailə üzvləri,  şəhidin Əmircan qəsəbəsi Şəhidlər Xiyabanında məzarını ziyarət ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub.