Vətən müharibəsi şəhidi Əhməd Kərimov doğum günündə ehtramla yad edilib

Vətən müharibəsi şəhidi Əhməd Kərimov doğum günündə ehtramla yad edilib

04 avqust Vətən Müharibəsi şəhidi Kərimov Əhməd Vaqif oğlunun mövlud günüdür. Şəhidimizin doğum günü münasibəti ilə əlaqədar Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülovun, Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Dəniz Aslanın və digər rəsmi şəxslərin, şəhid ailə üzvülərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Zığ qəsəbəsi Dədə Qorqud yaşayış sahəsində yerləşən Şəhidlər Xiyabanındakı şəhidin məzarı ziyarət olunmuş, önünə gül dəstələri düzülərək dualar oxunmuş, ruhu böyük ehtiramla anılmışdır.

Şəhidin ad günündə qəhrəman vətən övladlarının ailələrinə qayğı göstərməyə cəmiyyətimizin daima borclu olduğunu ifadə edən YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən bütün şəhidlərimizin xatirəsinin əziz tutulduğunu vurğulamış, Ali rəhbərin Vətən müharibəsi şəhidlərinə olan diqqətinin hər kəsə nümunə olduğunu bildirmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.

Paylaş