Vətən müharibəsi Şəhidi Nazim Kirxlarov doğum günündə ehtiramla yad edilib

Vətən müharibəsi Şəhidi Nazim Kirxlarov doğum günündə ehtiramla yad edilib
Xalqımıza qələbə sevincini bəxş edən və bu yolda canından, qanından keçən igid Vətən oğullarımızdan biri Şəhidimiz Kirxlarov Nazim Nadir oğlunun doğum günüdür. Şəhidin doğum günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun, Milli Məclisin deputatı Etibar Əliyevin, RİHB-nin müavinlərinin və şöbə müdirlərinin, idarə və müəssisə rəhbərlərinin, şəhid ailələrinin, Şəhidin ailə üzvlərinin iştirakı ilə Əmircan qəsəbəsi Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.
Nazim Kirxlarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 22-də Qubadlı döyüşləri zamanı şəhid olub. Kirxlarov Nazim Nadir oğlunun timsalında bütün şəhidlərimizə Allahdan rəhmət, onların ailələrinə isə səbr diləyirik.