Vətən müharibəsi Prezident İlham Əliyevin daha bir keyfiyyətini–sərkərdəlik məharətini üzə çıxardı
İbadət Xubyarov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
6 saylı Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının baş həkimi
Azərbaycan xalqının taleyində mühüm əhəmiyyət kəsb edən elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən önəmli başlanğıcların əsası qoyulub. Belə mühüm günlərdən biridə də oktyabrın 15-nə təsadüf edir. Xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə İlham Əliyevi dəstəkləyərək 76.8 % səslə onu özünə yeni prezident seçdi. O bu xalqa ilk müraciətində “Mən hər bir Azərbaycanlının prezidenti olacağam!” demişdi.
Prezident İlham Əliyevin ilk günlərdən başlayaraq nümaiş etdirdiyi yüksək idarəçilik məharəti qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz liderinə inamı və etimadı görülməmiş dərəcədə artdı. Məhz buna görə də 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbə qazandı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ zəfəri Xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi.
Ötən 20 il Azərbaycan Respublikasının ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülüb. Məhz bu ordu öz Ali Baş Komandanının qüdrətli sərkərdəliyi ilə 2020-ci il 27 sentyabr tarixində Ermənistanın hərbi təcavüzünə cavab olaraq qurtuluş savaşını başladı. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu. Vətən müharibəsi Prezident İlham Əliyevin daha bir keyfiyyətini – sərkərdəlik məharətini üzə çıxardı. Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Respublikasının Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə dövlətimizin başçısı İlham Əliyev xarici KİV-ə 30-dan çox müsahibə verdi ki, buda münaqişə ilə bağlı həqiqətlərin ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı. Vətən müharibəsində qazanılmış Qələbə həm də son 30 ildə bütün sahələrdə əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır.
Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Prezident İlham Əliyev dövlət struklarının fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın artırılması, vətəndaşlara yüksək səviyyəli xidmətlərin göstərilməsi istiqamətində bir çox layihələrin, inqilabi islahatların müəllifidir.
Bu gün Azərbaycan dünyanı həmdə azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işləri ilə heyrətləndirir. Bu ərazilərdə yeni yollar çəkilir, elektrik stansiyaların tikilir, Prezident İlham Əliyev azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrasruktur obyektlərinin açılışını edir, yenilərinin təməlini qoyur. Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb. Prezidentimiz həmişə böyük fəxrlə deyir ki, bu uğurların əsasında məhs xalqla iqtidarın birliyi dayanır bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyev xalqı bundan sonrada öz arxasınca zirvədən- zirvəyə, qələbədən- qələbəyə aparacaq.