Uzun illərdən sonra Ağdam azadlığa qovuşdu
Yunis Əsgərli
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
30 illik işğal dövründə umudulmayan, yaddan çıxmayan yurd yerlərimiz Vətən müharibəsi başa çatdıqdan sonra yenidən qurulir, bərpa edilir. Məlumdur ki, o ərazilər tamamilə dağıdılıb. Erməni vandallar azərbaycanlıların inşa etdiyi evlərin və məktəblərin tikinti materiallarını, dam örtüklərini və pəncərələrini də oğurlayıb aparıblar. Sovet dövründə Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biri olan, yalnız şəhər əhalisi 40 min nəfərdən ibarət olan Ağdam tamamilə dağıdılıb.
Bu gözəl, əsrarəngiz məkanın dağıdılmasını bütün dünya görüb. Bölgəyə səfər edən xarici nümayəndələr, müxtəlif dövlətlərin səfirləri isə təəccüblərini də gizlədə bilməyiblər: “Ağdamda yaşananlar çox üzücüdür, bu təcavüzdür”- deyə bütün dünya mediasına çatdırıblar. Artıq bu ərazilər işğaldan azad edilib, Azərbaycanın bu ərazilərdə suverenliyi bərpa edilib. Bu ərazilərin bərpası, yaşayışın təmin olunması uzun müddət çəkəcək. Lakin, bütün bu çətinliklərə baxmayaraq Ağdama köç karvanı başlayıb, öz dogma yurd-yuvalarından didərgin düşmüş keçmiş məcburi köçkünlər artıq öz evlərinə qayıdırlar, xarabalığa çevrilmiş Ağdamda yeni həyat başlayır.
2020-ci il 10 noyabr Bəyanatına əsasən, ermənilər Ağdam, Kəlbəcər və Laçın rayonlarını bir güllə belə atmadan geri qaytardılar. 2020-ci il noyabrın 20-də, uzun illərdən sonra Ağdam azadlığa qovuşdu. Həmin gün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin saat 7:56-da verdiyi məlumatda Azərbaycan Ordusunun bölmələrinin Ağdam rayonuna daxil olduğunu bildirdi. Saat 12-də isə Azərbaycan Prezidenti cənab İlham Əliyev Ağdam rayonunun tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçdiyini canlı yayımda bəyan etdi. Özü də qürurla, axı hər dəfə Qarabağa səfərində bu torpaqlara mütləq qayıdacağımızı o qədər qətiyyətlə vəd edirdi ki, onun inamı hər kəsdə dogma qayıdışa ümüdləri daha da artırırdı.
Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində Ağdam mühum yer tutur. Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail olub. Qələbənin əbədiləşdirirlməsi üçün öz dogma torpaqlarından köçkün düşən insanların el-obasına qayıdışı təmin olunmaqdadır. Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Ağdamda dayanıqlı məskinlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaq.