Ulu Öndər Heydər Əliyevin üzərimizə səpələnən şüaları onun işıqlı ideyalarıdır
Könül Bədəlova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
24 saylı Şəhər Poliklinasının böyük tibb bacısı
Ulu öndər Heydər Əliyev bütün ömrünü xalqına, ölkəsinə həsr etmişdir. Ümummilli lider canından çox sevdiyi Azərbaycanın inkişafında, möhkəmlənməsində böyük rol oynamışdır. O, daim öz xalqına arxalanmış, azərbaycanlı olması ilə fəxr etmişdir. Heydər Əliyev müasir Azərbaycanın şanlı tarixini öz əlləri ilə yazmışdı. Ulu öndər Azərbaycanımızı bütün dünyaya tanıtdırdı. Azərbaycan çox mürəkkəb, faciəli dövr yaşamışdır. Heydər Əliyev xalqımızın qəhrəmanı və ən böyük xilaskarıdır. Azərbaycan həmişə müdrik rəhbərə ehtiyac duyub. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi haqqın, ədalətin bərpası demək idi.
Heydər Əliyev bu adı çəkəndə insanın ağlından ilk nüvbədə “Azərbaycan” onun inkişafı, irəliləyişi, çiçəklənməsi yada düşür. Bu tarixi şəxsiyyət elə bil ki, Azərbaycanın taleyi üçün həyata gəlmişdir. Yaşadığı müddətdə, yalnız xalqının rifahı, inkişafı üçün çalışmışdır. Heydər Əliyevin xalqımızın həyatında, tariximizdə misilsiz yeri və rolu olmuşdur. Ulu Öndər Azərbaycan xalqının ürəyində parlaq və silinməz iz qoymuşdur.
Heydər Əliyev həmçinin müasir dünya tarixində də böyük şəxsiyyət və uzaqgörən insan kimi yaddaşlarda həkk olunmuşdur. Müstəqilliyimiz onun sayəsində əbədi və dönməz olmuşdur. Ölkəmiz Ulu Öndərin müdrikliyi, uzaqgörənliyi sayəsində dünyada layiq olduğu mərtəbəyə yüksəlmişdir. O, bütün cəhətlərinə görə həmişə zirvədə dayanacaq, yolumuzu nura qərq edəcək. Onun üzərimizə səpələnən şüaları onun işıqlı ideyalardır. Bu işıqlar bizə yol göstərir. Heydər Əliyev həm də xoşbəxt gələcəyimizin təminatçısıdır. Bu gün Azərbaycan müstəqil dövlət kimi bütün dünyada tanınırsa, öz müstəqilliyini qorumağa davam edirsə, bu, Heydər Əliyevin sayəsindədir.
Ulu Öndər Heydər Əliyevin də şəxsiyyət kimi böyüklüyünü, təcəssüm etdirən ən başlıca xüsusiyyətlərindən biri də ümumxalq mənafeyi ilə bağlı məsələlərdə onun heç bir təhlükədən çəkinməməsi, cəsarət və qətiyyət göstərməsi, ədalət meyarlığına sadiqliyidir.
Tanrı belə şəxsiyyətlərə həm də xilaskarlıq missiyası verir. Zamanın ən sərt sınaqlarından fədakarlıqla çıxmış bu insanlar əsrlər boyunca xalqlarının müstəqillik və azadlıq kimi arzularını reallaşdırmağa nail olaraq əbədiyyən yaddaşlara həkk olunurlar!!!
“Xalqın nicatı” dedikdə ilk növbədə insanın ağlında həmin xalqı qaranlıqdan işıqlığa, aydınlığa çıxaran bir qüvvə canlanır. Bizim xalqın nicatı dedikdə isə gözümüzün önündə çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri olan zəmanəmizin əbədi yaşar dahisinə çevrilən Ümummilli lider Heydər Əliyev canlanır.
Görkəmli tarixi şəxsiyyət müstəqil Azərbaycanımızın qüvvətli ordusu, üçrəngli bayrağı ilə öyünüb fəxr etmişdir. O, əməlləri ilə qəlbimizdə əbədi bir abidə qoymuşdur. Ulu Öndər bir çıxışında demişdir ki, “Mən bütün həyatımı xalqıma xidmət etməyə həsr etmişəm, bundan sonra da bu yolla gedəcəyəm, başqa yolum yoxdur. Vətənə, xalqıma, millətimə məhəbbət, müstəqil Azərbaycan dövlətinə, Azərbaycan Respublikasına hədsiz məhəbbət mənim həyatımın mənasıdır, məzmunudur! “