Ulu öndər Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr edilmiş "Əsrin Heydər tarixi" adlı tədbir keçirilmişdir
Bakı şəhəri Suraxanı rayonu Dilavər Məmmədzadə adına 232 nömrəli tam orta məktəbdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr edilmiş "Əsrin Heydər tarixi" adlı tədbir keçirilmişdir.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları və YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova və 232 nömrəli tam orta məktəbin müəllim-şagird kollektivi iştirak etmişdir. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Suraxanı rayonu Dilavər Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin direktoru Nisə Fərəcova bildirmişdir ki, tarixin yazılmasında tarixiçilərin böyük əməyi olduğu kimi, tarixi hadisələrin ərsəyə gəlməsində tarixi şəxsiyyətlərin də rolu böyükdür. Bəzi insanlar var ki, onların adları bir xalqın adına bərabərdir. Ulu Öndər Heydər Əliyevin 20 əsrdə yaşamış və fəaliyyət göstərmiş ən dəyərli şəxsiyyətlərdən biri olduğunu vurğulayan Nisə Fərəcova, Ümummilli Liderin ruhu qarşısında baş əydiyini dedi. Məktəbin direktoru eyni zamanda da gənclərin, yeniyetmələrin vətənpərvər tərbiyəsində, Heydər Əliyev irsinin təbliğində məktəblərin roluna toxunaraq üzərlərinə düşən məsuliyyəti, yükü dərk etdiklərini bildirmişdir.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova məktəbin müəllim-şagird kollektivinin qarşısnda çıxış edərək bildirmişdir ki, siyasətlə məşğul olmaq arzusunda olan hər bir kəs, xüsusi ilə də bizim regionumuzda mütləq Ulu Öndərin siyasi irsini öyrənməli və özünə onun fəaliyyətini nümunə götürməlidir. Onun işığı, nuru bəs edir ki, ətrafında olan ləyaqətli insanlar ona dost olsun. Çətin və şərəfli bir missiyanı uzun illər ləyaqətlə sevə-sevə icra edən Ümummilli Lider böyük tarixi öhdəlikləri misilsiz, məharətlə yerinə yetirə bilmişdir.
Tədbirdə məktəblilərin maraqlı bədii nümunələrlə çıxışları, digər natiqlərin söylədikləri fikirlər Heydər Əliyev ideyalarının bu gün də yaşadığını, xalqımızı işıqlı sabahlara apardığını bir daha ifadə etmişdir.