Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Suraxanı rayonu 172 nömrəli tam orta məktəbdə tədbir keçirilib
“Heydər Əliyev İli” ilə əlaqədar Suraxanı rayonu 172 nömrəli tam orta məktəbdə tədbir keçirilib. Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan 172 nömrəli tam orta məktəbin direktoru Vəfa Bağırova çıxış edərək bildirdi ki, Ümummilli lider ən mümkünsüz anlarda və bütün təzyiqlərə rəğmən milli təfəkkürün formalaşmasına xidmət edib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Musa Qasımlı, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov və digər natiqlər çıxış edərək bildirdilər ki, Heydər Əliyev həm də, özündən sonra xalqına Müzəffər xalq kimi yaşamağın, bir yumruğun ətrafında birləşməyin, işğaldan xilas olub, torpaqlarını işğaldan azad etməyin yollarını öyrətdi. Heydər Əliyev özündən sonra həm lider yaradan, həm də xalqına o liderin ətrafında bütövləşməyin yollarını öyrədən dühadır.
Daha sonra məktəbin müəllim-şagird kollektivi tərəfindən hazırlanan Ulu Öndər Heydər Əliyevə həsr edilmiş ədəbi-bədii kompazisiya nümayiş olunmuşdur.