Ulu Öndər Heydər Əliyev Vətənə sədaqətlə xidmət etmişdir
Rəna Abutalıbova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı Rayonu 23 saylı bağça körpələr evi və uşaq bağçasının müdiri
Ulu Öndər Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, habelə bir müddət sonra müstəqilliyə qovuşacaq respublikamızın sabahına hesablanmış digər məqsədyönlü addımları ilə özünün liderlik obrazını yaratmış və öz fəaliyyəti ilə liderliyini bütün mərhələlərdə qorumuşdur.
Azərbaycan xalqı özünün müstəqil inkişaf yolunda məhz Ulu öndərimiz Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə əsası qoyulmuş zəngin iqtisadi-siyasi, mənəvi və intellektual potensiala istinad etmişdir. Bu illər ərzində rеspublikаdа yаrаnmış güclü sоsiаl, iqtisаdi pоtеnsiаl Аzərbаycаnın müstəqilliyi üçün zəmin yаrаtmışdır. Qətiyyətlə dеyə bilərik ki, müstəqilliyə aparan yоlumuzun təməl dаşını hələ о zаmаn gələcəyə bахаn, həyаtın sərt, çətin sınаqlаrınа sinə gərən, ən çətin şərаitdə düzgün çıхış yоlu tаpаn, dаim хаlqı ilə yаşаyаn, uzaqgörən, qüdrətli şəхsiyyət Hеydər Əliyеv qоymuşdur!
Məhz onun fəaliyyəti nəticəsində Azərbaycan aqrar ölkədən qüdrətli sənaye respublikasına, bütün müsəlman dünyası və Şərqə nümunə olan ölkəyə çevrilmişdir. Heydər Əliyevin müstəsna xidmətləri xalqımızın yaddaşına əbədi həkk olunmuş və zaman Azərbaycan xalqını müstəqil dövlətçiliyin qurulması zərurəti ilə üzləşdirəndə Heydər Əliyev bir xilaskar lider kimi siyasi arenaya daxil olaraq Azərbaycanı keşməkeşli vəziyyətdən çəkib çıxarmışdır.
Hadisələrə real qiymət verməyi bacaran, xalqın siyasi potensialını düzgün dəyərləndirə bilən liderlər əksərən cəmiyyətdəki siyasi prosesləri düzgün istiqamətləndirməyə nail olur, XX əsrdə böyük şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyev də belə fenomenal keyfiyyətlərə sahib olaraq özünün dövlətçilik konsepsiyasında ədalət, müdriklik və həqiqət kimi üç ali dəyəri bir araya gətirərək müasir tariximizdə əbədiyaşarlığını təmin etmişdir.
Tarixdə o şəxsiyyətlərin əbədi izi qalır ki, onların zəngin, şərəfli ömür yolunu nəzərdən keçirmək bütöv bir millətin, dövlətin tarixini yaratmaq qədər çətindir. Ümummilli liderimiz Heydər Əliyev də Azərbaycan xalqının tarix boyu yetirdiyi belə nadir və qeyri-adi şəxsiyyətlərdən biri olaraq, bu gün milyonların qəlbində yaşayır. Azərbaycan nə qədər varsa, mövcuddursa, yaşayırsa, məhz belə olacaq – Heydər Əliyev yaşayacaq! Azərbaycan isə həmişə, əbədi var olacaq!