Ulu öndər Heydər Əliyev müdrik, uzaqgörən, fədakar siyasətçi idi

Ulu öndər Heydər Əliyev müdrik, uzaqgörən, fədakar siyasətçi idi

Ülviyyə Mahmudova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 279 saylı körpələr evi və uşaq bağçasının tərbiyəçisi

Tarixdə, sadəcə yaşadığı dövrə deyil, tarixi prosesləri istiqamətləndirməyi bacarmış insanların yeri hər zaman müstəsnadır. Böyük siyasət və dövlət adamı, Ulu Öndər Heydər Əliyevin adı, imzası yarım əsrdir ki, tariximizdə bu cür müstəsnayerə sahibdir. Ümummilli lider Heydər Əliyevin 51 il əvvəl Azərbaycana rəhbərlik etməyə başlaması respublikamız və xalqımız üçün tarixi bir şans olmuşdur.

Ulu öndər Heydər Əliyev müasir Azərbaycanın tarixini yaradan dahi şəxsiyyət, böyük lider, müstəqil dövlət qurmaq kimi çətin bir vəzifəni cəsarətlə öz öhdəsinə götürənvə bunu bacaran müdrik, uzaqgörən, fədakar siyasətçi idi. Heydər Əliyev dövlət idarəçiliyi sahəsində çox gənc yaşlarından işləməyə başlamışdı, özünün fitri istedadı və iti zəkası, yenilməz əzmkarlığı və dürüstlüyü, səmərəli fəaliyyəti ilə hər zaman önə çıxmağı, liderlik xüsusiyyətlərini göstərməyi bacarmışdı. Ona qədər Sovet Azərbaycanına rəhbərlik etmiş şəxslərin heç biri öz xalqının istək və arzularını reallaşdırmağı, milli inkişaf strategiyasını müəyyənləşdirməyi bacarmamışdı.

Bu gün təməli ulu öndər tərəfindən qoyulmuş xalq-iqtidar birliyi azad, müstəqil, demokratik Azərbaycanın davamlı inkişafını şərtləndirir. Heydər Əliyevin siyasi varisi, praqmatik dövlət xadimi, bütün dünya miqyasında böyük hörmətə və nüfuza malik Prezident İlham Əliyev onun müəyyənləşdirdiyi strateji xətti uğurla davam etdi, özünəməxsus möhkəm iradə və qətiyyətli mövqeyi, məhsuldar fəaliyyəti ilə Azərbaycan dövlətinin qüdrətini, sarsılmaz təmələ malik olduğunu sübuta yetirir. Xalqımızın firavan gələcəyinin təminatına hesablanmış praqmatik siyasi strategiya sayəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş,  ölkəmizin nüfuzu daha da artmışdır. Prezident      İlham Əliyevin səriştəli idarəetmə qabiliyyətinin nəticəsidir ki, indi respublikamız iqtisadi inkişaf tempinə görə dünyanın ən qabaqcıl ölkələrindən biridir.

Heydər Əliyev ideyaları milli inkişafımızı müəyyənləşdirdiyi kimi, həm də bəşəri mahiyyət daşıyır. Bu iki amil Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə səmərəli və parlaq fəaliyyət göstərən Heydər Əliyev Fondunun layihələrində öz əksini tapır. Mədəniyyət, incəsənət, təhsil, səhiyyə sahələrində və digər sahələrdə gördüyü çox böyük işlərlə fond ulu öndərin ideyalarını yaşadır. Xalqımızın mənəvi irsinin qorunmasında və təbliğində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyinin dünya birliyinə düzgün şəkildə çatdırılmasında və digər istiqamətlərdə Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti mühüm əhəmiyyətə malikdir. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın bütün təşəbbüslərinin də təməlində ulu öndərin arzu və ideyaları dayanır.

Bu gün Azərbaycanda Heydər Əliyev erası davam edir və daim davam edəcəkdir. Dünyanın harasında olursa-olsun, Heydər Əliyev deyəndə Azərbaycan, Azərbaycan deyəndə Heydər Əliyev yada düşür. Ulu öndərin “Nə qədər ki, Azərbaycan var, müstəqil Azərbaycan dövləti var, mən də varam, mən Azərbaycanda əbədi olacağam” sözləri tarixin yaddaşına əbədi həkk olunmuşdur.