Ulu öndərin ideyaları və siyasət kursu uğurla davam etdirilir

Ulu öndərin ideyaları və siyasət kursu uğurla davam etdirilir

Elnara Ilyina

YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 87 nömrəli tam orta məktəbin müəllimi

Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyunun 24-də ölkəmizdə prezidentlik səlahiyyətlərini icra etməyə başlaması ilə yeni inkişaf mərhələsinin əsası qoyuldu. Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ilin 15 iyun tarixində Azərbaycan Respublikası Ali Sovetinin sədri kimi fəaliyyətə başlaması müstəqillik illərimizin dönüş nöqtəsi kimi tariximizə həkk olundu. Milli Qurtuluş Günü, xalqımızın nicat yolunun başlanğıcı hesab olunan bu tarixi əhəmiyyətli gün dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqımızın düşdüyü ağır vəziyyətdən xilas edilməsi istiqamətində ən önəmli mərhələlərdən biri idi.
Məhz Ali Sovetin sədri Heydər Əliyevin 1993-cü il 24 iyunda Prezident səlahiyyətlərinin icra etməyə başlaması ilə ölkədə yeni idarəçilik mühiti, eləcə də ictimai-siyasi sabitlik hökm sürməyə başladı. Ulu öndər Heydər Əliyev gecə-gündüz bilmədən Azərbaycan dövlətçiliyini qorumağa, ölkəmizin başını almış qara buludları dağıtmağa başladı. Beləliklə, dahi şəxsiyyətin idarəçilik bacarığı, əzmkarlığı və qətiyyəti sayəsində qısa zaman ərzində mühüm dəyişikliklərə nail olundu. Siyasi iradə, bilik və bacarıq, praqmatik düşüncə qabiliyyəti, müdriklik, uzaqgörənlik, uzun illərin uğurlu təcrübəsi, şəxsi nüfuzu və s. keyfiyyətləri sayəsində Azərbaycan güclənməyə, üzləşdiyi fəlakətləri dəf etməyə və qarşısına hədəflər müəyyənləşdirməyə başladı.
Dövlətimizin möhkəmlənməsi, ayrı-ayrı sahələrin inkişafına göstərilən diqqət və qayğı, əldə olunan uğurlar xalqımızın milli özünüdərkinin əsas təkanverici qüvvəsi oldu. Bir sözlə, qürurla demək olar ki, Ümummilli lider Heydər Əliyevin ruhu şaddır. Çünki Ulu öndərin ideyaları və siyasət kursu uğurla davam etdirilir, qurub-yaratdığı müstəqil Azərbaycanımız tarixi zəfərə imza atan, getdikcə qüdrətlənən və inkişaf edən dövlətlərdən biridir. Azərbaycanın inkişaf göstəricilər beynəlxalq reytinq cədvəllərində və hesabatlarında öz əksini tapır.
Dövlətimizin və xalqımızım nailiyyətlərinin bundan sonra uğurla davam edəcəyinə heç bir şübhə yoxdur. Artıq xalqımız işğaldan azad edilmiş torpaqlarımızın dirçəldilməsi prosesini qürurla və səylə yerinə yetirir. Qarabağımız Vətənimizin bir parçası kimi inkişaf edəcək, əvvəlki görkəminə və möhtəşəmliyinə qayıdacaq.