Ulu Öndər ümumxalq inamını, etibarını xalqına sədaqətli və şərəfli xidməti ilə qazanmışdı
Jalə Səfərova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
24 saylı şəhər poliklinikasının tibb qeydiyyatçısı
Sovet rejiminin bütün bütün xüsusiyyətlərinə dərindən bələd olan və zəngin idarəçilik görüşü olan Heydər Əliyev hələ o dövrdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci Katibi seçilmişdir. Ali idarəçilik sükanı arxasına keçən Heydər Əliyevin idarəçiliyi, Sovet Azərbaycanının tarixində böyük dönüşlərin yaranmasına fürsət yaratdı. O, dahiyənə uzaqgörənliyi ilə, ölkənin hərtəfli inkişafını təmin edən kompleks inkişaf proqramını ölkəni hər cəhətdən, siyasi və iqtisadi inkişaf strategiyasını ölçüb-biçərək hazırlatmışdı.
Beləliklə, Heydər Əliyevin öz xilaskar missiyasını 1991-ci il oktabrın 18-də "Azərbaycan respublikasının dövlət müstəqilliyi haqqında Kostitutsiya Aktı" qəbul olunarkən artıq Azərbaycan müstəqil dövlət kimi yaşamağa tamamilə hazır olmasını tarixin inkişaf səhifələrindən görünürdü.
1991-1993-cü illər ölkəmizin tarixində çox çətin bir dövr olmuşdur. Belə çətin bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Çünki bu böyük şəxsiyyət ümumxalq inamını, etibarını artıq o zamana qədər xalqına sədaqətli və şərəfli xidməti ilə qazanmışdı.
1993-cü ildə Heydər Əliyev Azərbaycan xalqının dəvətini qəbul edib Bakıya gəldi. Xilaskarlıq missiyasını üzərinə götürən Heydər Əlyev hakimiyyət davasının getdiyi bir vaxta öz həyatını təhlükə altında qoyaraq qiyamın qarşısını aldı. Respublika ərazisinə səpələnmiş silahlı cinayətkar dəstələr zərərsizləşdirilmiş, separatçı meyillərə son qoyularaq təcavüzkar Ermənistan Respublikası ilə atəşkəs elan olunmuşdur.
Cənab Prezident İlham Əliyev ölkə rəhbərliyinə gəldiyi gündən Heydər Əliyevin siyasi-iqtisadi inkişaf kursunun yüksəkliş və tərəqqi yolu olduğunu və bu kursun davam edəcəyini vurğulayıb.
Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidməti ölkəni parçalanıb yox olmaq təhlükəsindən qurtarmaq və özündən sonra layiqli varis yetişdirməsidir.