Üçtərəfli Bəyanata əsasən Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş oldu.

Üçtərəfli Bəyanata əsasən Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş oldu.
Rza Eyvazlı
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 114 nömrəli tam orta məktəbin  müəllimi
10 noyabr 2020-Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının rəhbəri Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında Üçtərəfli Bəyanat imzalandı.
Bu Bəyannamənin Dağlıq Qarabağ münaqişəsinin həllində xüsusi rolu oldu. Nəhayət, 44 gün davam edən və tarixə Vətən Müharibəsi kimi düşmüş II Qarabağ müharibəsi başa çatdı. 30 ilə yaxın bir dövrü əhatə edən münaqişəni biz öz gücümüzlə başa çatdırdıq.
Üçtərəfli Bəyanata əsasən Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş oldu. Bəyannamə imzalanandan bir neçə dəqiqə sonra ölkə rəhbəri İlham Əliyev bildirmişdir ki, artıq Qarabağ münaqişəsi həll olub və Dağlıq Qarabağ anlayışı yoxdur! Bütün dünya birliyi BMT və ATƏT-in MİNSK qrupu bunu belə bilsin. Biz öz gücümüzə öz hərbi gücümüzün hesabına BMT-nin qəbul etdiyi qətnamələri icra etdik.
XX əsrin sonlarında Qarabağ işğal olunmuşdur. Bununla bağlı BMT-nin təhlükəsizlik şurası 4 qətnamə qəbul etsə də bunu icra edə bilmədi. Cənab Prezident İlham Əliyev dəfələrlə müharibə gedən zaman bildirmişdir ki, “Biz günü bu gün döyüşləri dayandırmağa hazırıq, ancaq erməni tərəfi sülh masasında oturmalı və Azərbaycan ərazilərini tərk etməsi barədə sülh müqaviləsinə imza atmalıdır” Ölkə rəhbəri əbəs yerə bunu vurğulamırdı.
Cənab Prezident İlham Əliyev xarici siyasəti gözəl anlayır və hər dəfə bildirirdi ki, bir sıra təşkilatlar hətta BMT ikili standartlar aparır. Bu təşkilatlar əllərində imkan ola-ola 4 qətnamənin icrasını heç bir zaman tələb etmədilər. Hətta müharibə başlayanda belə bəzi ölkələr Azərbaycana qarşı sanksiya tələb etdilər. Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət buna mane oldu. Müharibə nəinki bu bölgədə, hətta regionlarda da gözlənilməz oldu. Səbəb isə Azərbaycanın istifadə etdiyi hərbi taktikalar idi.
Cənab İlham Əliyev müharibə dövrü haqqında danışanda hər zaman daima bu ifadəni vurğulayırdı.”XXI əsr müharibəsini ilk aparan biz olduq, yeni üsul və qaydalar ilə. Bizim hərbi döyüş taktikalarımız bir çox ölkələr tərəfindən artıq öyrənilir!”
Bəli, bu belədir! Biz müasir dillə desək “Təmassız”’ “Uzaqdan” müharibə apardıq. İstifadə olunmuş müasir hərbi texnikalar istər pua, istər bayraktar TB-2, istər DANA tipli özüyeriyən texnikalar bizə imkan verdi ki, həm düşmən tərəfindən maksimum itki yaşadaq, öz canlı qüvvələrimizdən isə az itki ilə üzləşək. Artıq bütün region və dünya dövlətləri bizi hərbi cəhətdən güclü bir ölkə kimi qəbul etməli oldu.