Təhsil Nazirliyinin dəstəyi ilə Direktorlar klubunun “Kitabla danış” adlı müzakirələri çərçivəsində növbəti təqdimatı baş tutmuşdur

Təhsil Nazirliyinin dəstəyi ilə Direktorlar klubunun  “Kitabla danış” adlı müzakirələri çərçivəsində növbəti təqdimatı baş tutmuşdur

10 dekabr 2021-ci il tarixdə “Harvard Bussines review” nəşrinin oxunmalı 10-luq seriyasından “Liderlik” kitabının video-konfrans formatında təqdimatı keçirilmişdir. Kitabın təqdimatını YAP Suraxanı rayon təşkilatının Ərazi partiya təşkilatının sədri və  279 nömrəli tam orta məktəbin direktoru Südabə Abdullayeva həyata keçirmişdir.

Xatırladaq ki, “Kitabla danış” təqdimatlarının məqsədi məktəb direktorlarının tövsiyyə etdikləri kitabları klubun digər üzvlərinə təqdim etməsi və birlikdə müzakirələrin təşkil edilməsindən ibarətdir. Belə ki, hər dəfə bir məktəb direktoru pedaqoji və idarəetmə fəaliyyətinə xüsusi töhfə vermiş bir kitabı öz həmkarları ilə bölüşür. "Direktorlar klubu" Təhsil Nazirliyinin dəstəyi, T-network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması, Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı və Kapital Bankın baş sponsorluğu ilə yaradılmışdır.