Türkmənbaşı şəhərində Prezidentlərin geniş tərkibdə görüşü olub
Könül İsmayılova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı Rayonu 163 saylı körpələr evi və uşaq bağçasının müdirəsi
Azərbaycan, Türkiyə və Türkmənistan arasında zirvə görüşündə cənab Prezident İlham Əliyev bir daha qeyd etmişdir ki, 44 günlük II Qarabağ müharibəsindən sonra Azərbaycan, Ermənistan və Rusiya dövlət başçıları arasında imzalanmış bəyannaməyə əsasən, regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması nəzərdə tutulmuşdur.Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir. Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası deyiləndə, Ermənistan ərazisindən keçən “Zəngəzur dəhlizi” nin açılması nəzərdə tutulmuşdur. Dəhlizin Azərbaycan tərəfinə aid hissəsində tikinti işləri Vətən müharibəsinin bitməsindən dərhal sonra başlanılıb.
Zəngəzur dəhlizinin regional müstəvidəki önəmi bir sıra fərqli istiqamət üzrə alternativlik təşkil etməsidir. Ən əhəmiyyətlisi Türkiyə və Mərkəzi Asiya arasında yeni marşrutun ortaya çıxmasıdır. Bundan əlavə, Zəngəzur dəhlizin Rusiya və Türkiyə arasında Gürcüstandan yan keçən yeni istiqamət təklif etməsi dəhlizin regional müstəvidə başqa bir əhəmiyyətli dəyişikliyidir. Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşü olub. Keçirilən görüşdə dövlət başçımız çıxışında “Zəngəzur dəhlizi” nin açılması ilə bağlı məqamlara toxunub. Dövlət başçımız qeyd edib ki, “Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq.”
Sonda qeyd etmək istəyirəm ki, Vətən müharibəsində qazandığımız tarixi qələbə xalqımızın, dünya azərbaycanlılarının sonsuz qürur mənbəyidir. Bu qələbə regionda bizi daha da güclü etmişdir. Bizə olan hörmət, ehtiram və inam artmışdır. Prezidentimizin xalqa güvəni, xalqın da Ali Baş Komandana inamı qələbəmizin əsası oldu! Allah Prezidentimizi, Ordumuzu qorusun!