Türkiyə bizim yanımızdadır, biz tək deyilik

Türkiyə  bizim yanımızdadır, biz tək deyilik

Səidə İmanova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 270 saylı körpələr evi və uşaq bağçasının müdiri

Fevralın  19-da  Azərbaycan  Prezidenti  İlham  Əliyevin  Türkiyə  Prezidenti  Rəcəb  Tayib  Ərdaoğan   dəvəti  ilə  Türkiyəyə  rəsmi  səfərə   getmişdir. Yenidən   və növbəti  dəfə  Prezident  seçilən  İlham  Əliyevin  ilk  səfərini  qardaş  ölkəyə  etməsini  tarixi  əhəmiyyəti   var.  Bir  millət  iki dövlət  olan  Azərbaycanla   Türkiyənin  birliyi  sarsılmazdır. Səfər   çərcivəsində  İlham  Əliyev  və  Rəcəb  Tayyib Ərdoğanın təkbətək  və  geniş  tərkibdə  keçirilən  görüşlərində   dostluq   və  qardaşlığımız  səviyyəsindən məmnunluq  ifadə  olunur.

Dövlət  başçılarının  görüşündə  Şuşa  bəyənaməsinin  ölkələrimiz   arasındakı  münasibətləri  müttəfiqlik    səviyyəsinə  qaldırıldığı  xüsusi  ilə  qeyd  olunub. İkitərəfli   ticarət   dövriyyəsinin  7,5 milyard   dollara  çatdığı, müdafiə  sənayesi, hərbi,energetika, təhsil  və  digər  sahələrdə  əməkdaşlığın , orta   dəhliz  məsələsində  Azərbaycanla  Türkiyənin  işbirliyinin   Bakı-Tiblisi-Qars dəmir  yolunun, Qars-Naxcıvan dəmir   yolunun  tikilməsindən  danışılıb.

Prezidentimiz  İlham  Əliyev  44  günlük Vətən  müharibəsində    qardaş  Türkiyənin   və  Rəcəb  Tayib  Ərdoğanın  Azərbaycanın  yanında  olmasının  mənəvi   və  siyasi  dəstəyinin  torpaqlarımızın  azad  olunmasında   mənəvi  və  siyasi  dəstəyinin    torpaqlarımızın  azad  edilməsində   aparıcı   rol  oynamasını, Qarabağ  dastanının  yazilmasında  mühüm    amil  olduğu  vurğulanıb.

İlham  Əliyev  Türkiyə Respublikasının Prezidentinin sarayında-“Külliye”də  rəsmi  qarşılama  mərasimi  olub. Azərbaycan  Prezidentinə   olunan   bu  möhtəşəm  qarşılanma  törəni, bir  daha  dövlətimizə, onun  Prezidentinə  qarşı   hörmət  hissinin  necə  yüksək  olmağının göstəricisidir.

İki Prezidentin  rəsmi  görüşündən  sonra  mətbuata  bəyənatında  mühim  əhəmiyyət   kəsb  edən  məqamlar  olmuşdur. Belə  ki, Rəcəb Tayyib Ərdoğan  can  Azərbaycanın növbəti dəfə Prezidenti  olmuş  İlham  Əliyevi  təbrik  etmiş  və  yeni  Prezidentin ilk  rəsmi  xarici  səfərini  Türkiyəyə etməsindən  məmnunluq  duyduğunu   bildirmişdir. Azərbaycan  seçki  ərəfəsində  olanda  Avropa  Şurasının Parlament   Assambleyasında  Azərbaycan    nümayəndə  heyyətinə  bu  il  keçirilən  tədbirə    qatılmasına  maneə  yaradılmasından  danışıb öz təəssüf  hissini  bildirmişdi. Bu  qərarın  ləğv  edilənə  kimi  Azərbaycana  öz  dəstəyini  verəcəyini  bildirmişdi.

Bir  millət  iki  dövlət   şüarı  əsasında  irəliləyən  ticari  dövriyyənin  keçən  il  7,5  milyard   dollar  səviyyəsinə  çatdı. 15   milyard  dollarlıq  hədəfimizə  çatmaq   üçün  çalışmağımızdan    önəmli  heç  bir  şey  yoxdur. Türkiyə  Prezidenti  Bakı-Tiblisi-Qars  dəmir  yolu  layihəsi  xətti  əsasında  öz  fikirlərini  bildirib. “Bu  xəttin  ən  yüksək  səmərə  götürməsi   üçün  bərpa  işləri   sürətlə  başa  çatdırılmalıdır. Bu  işin  davam  olaraq  ötən  ilin  Sentyabrında  “türk  qapısı”  Naxcıvana  səfərim  zamanı  hörmətli  Əliyevlə  birlikdə  Qars-Naxcıvan  dəmir  yolu  layihəsi  ilə  bağlı  niyyət  pratakolunu   bu düşüncə  ilə  imzaladıq.”

Görüş  çərcivəsində   Azərbaycan  Prezidenti  İlham  Əliyev  bu  görüşün  önəmindən  danışaraq  bildirdi  ki,  ilk  rəsmi  səfərinin  əcdadlarımızdan  qalan  bütün ənənələrə  sadiqliyimizi  davam  etdiririk. Bu  gün  Türkiyə  Azərbaycan  birliyi  təkcə  bölgə  üçün   deyil, Avrasiya  üçün  önəmli  amilə  çevrilib. Hər  dəfə  Türkiyədə  olarkən  burda   gedən  genişmiqyaslı  inkişaf prosesini izləyirəm. Buna   sevinirəm  və  bir  daha   görürəm  ki, Türkiyə  bu  gün  dünya  çapında  söz  sahibidir.Türkiyə  bölgəmizdə  əmin-amanlığın, sülhün  və  işbirliyinin   qarantıdır.  Türkiyənin  güclü  sənaye  potensialı, iqtisadiyyatı,  o  cümlədən  hərbi  gücü  türk  dünyasına   mənsub  olan  hər  bir  insanı  sevindirir.

2020-ci  ilin  44  günlük  müharibəsində  Türkiyə   bizim  yanımızda  idi.Azərbayca  tək  deyil.  Bu  siyasi  və  mənəvi  dəstək  bizə  yetərli  oldu  və  30  il  ərzində  sülh  vasitəsi  ilə  həll edə  bilmədiyimiz  tarixi  məsələmizi   biz  savaş  meydanında  cəmi  44  gün  ərzində   həll etdik. Müstəqillik  Bəyənnaməsini  əsas  götürərək   biz  bütün  məsələlərdə  bir  yerdəyik , bir  nöqtəyə  vururuq. Biz  öz  gücümüzə  güc  qatırıq. Türk  Dövlətləri    təşkilatının  Şuşada   keçiriləçək qeyri-rəsmi  Zirvə  görüşü   bu  ilin   iyul  ayında  keçiriləçəkdir.Eyni  zamanda ,  müşahidəçi   statusunda  olan  Şimali  Kipr  Türk  Cumhuriyyətinin  Prezidenti   də  iştirak  edəcək  və  bu  bizim  ümumi  işimizə  Türk  xalqının  birliyi  işinə    növbəti  güclü  təkan  verəcək.

Keçən  il  Azərbaycandan Türkiyəyə  9 milyard  kub  metr  təbii  qaz  ixrac edilmişdir. Əldə  edilmiş  razılaşmalar   əsasönda  qazın  həcminin  artırılması  nəzərdə  tutulur. Nəqliyyatda    da  Bakı-Tiblisi- Qars  dəmir  yolunun  vasitəsilə  yüklərin  həcmi  1  milyon   tondan  5  milyon  tona  çatdırmaq  nəzərdə  tutulur.  Hərbi  sahədə    iş  birliyimiz  öz  səmərəliyini  göstərir  bir  yumruq  anlamına  gələn, hər  il  ən  azı  10  hərbi  təlim  həm  Türkiyə,  həm  də  Azərbaycanda   keçirilir  və  beləliklə  bizim  hərbi  gücümüz  daha  da  artır. ll Qarabağ  savaşı  və ondan sonra düz 5ay əvvəl keçirdiyimiz  antiteror  əməliyyatı bir  daha onu göstərdi ki, Türkiyənin  ordu  modeli  Azərbaycanda   tam  oturuşub.

Qarabağda   keçirilmiş antiteror   əməliyyatı  ölkəmizin   suverenliyi  tam    təsdiqləmişdir. Artıq  bölücü ,  separatcı  qüvvələrə   Azərbaycan ərazisində   yer  yoxdur. Bundan  sonra  heç  vaxt  olmayacaq. Bu  gün  təbii ki, müdafiə  sənayesi    yeni  imkanlar  açır. Birgə  istehsala  əlaqədar  konkret  planlarımız  var. Bu gün  təhsillə  bağlı  önəmli  anlaşma  imzalamışıq. Bu,  gələcəyə  yönəlmiş  təşəbbüsdür. Çünki  bunu  gənc  nəslimiz  həm  Türkiyə, həm  Azərbaycanda  qardaşlıq,  müstəqillik, ortaq  dəyərlər  prinsipləri əsasında   tərbiyə  amalıdır. Bütün  milli-mənəvi  dəyərlərimizə   sadiq  olmalıdır.

Yad  təsirdən  uzaq  olmalıdır. Bilikli, savadlı  vətənpərvər    insanlar  olmalıdır. Bu  gün  Türkiyə-Azərbaycan  Universitetinin  yaradılması  sadəcə  olaraq,  təhsil  məsələsi  deyil. Bu  bizim  birliyimizin  növbəti   rəmzidir. Əminəm  ki,  yaxın   gələcəkdə  bu   universitet  nəinki Azərbaycanda,  bölgədə  ən  aparıcı  ali  məktəblərdən  birinə  çevriləçəkdir.

Beləliklə, iki  qardaş  dövlətin  yeni  yaradılacaq   iş birliyi  hər  iki   ölkənin  xeyrinə   olaçağına    əminliyimizi  bildiririk.