Türk dünyası öz yeni erasını yaşayır

Türk dünyası öz yeni erasını yaşayır
Gülnar Musayeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 141 nömrəli tam orta məktəbin müəllimi
Türk dünyası öz yeni erasını yaşayır. Sevindirici haldır ki, türklər bir-biri ilə yaxın münasibətdə və həmrəydirlər. Azərbaycan türk dünyasının mərkəzində yerləşir. O, Turanın ürəyi olaraq həm qardaş Türkiyəni, həm də Orta Asiya dövlətlərini bir-birinə bağlayır. Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Bizim münasibətlərimizin təməlini etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz təşkil edir. Türk dövlətləri son dövlərdə olduğu qədər bir-birinə dəstək nümayiş etdirməmişdir.
Biz bunu II Qarabağ müharibəsi zamanı qardaş Türkiyənin Azərbaycana göstərdiyi misilsiz dəstək nəticəsində görmüş oluruq. İstər siyasi, istərsə də mənəvi baxımdan qardaş Türkiyə hər zaman yanımızda oldu. Azərbaycan da 06.02.2023-cü il tarixində Türkiyədə baş verən zəlzələ zamanı dərhal yardıma tələsdi. Dövlətimiz, o cümlədən də Azərbaycan vətəndaşları zəlzələdən zərər çəkənlərə maddi yardımlar göstərdi.
Fövqəladə Hallar Nazirliyinin xilasedici qrupları dağıntılar altında qalmış vətəndaşları xilas etmək üçün əllərindən gələni əsirgəmədilər. Digər bir Türk dövləti Özbəkistan dövlətinin də bu gün Azərbaycana göstərdiyi isti münasibət duyulmaqdadır. İşğaldan azad olmuş Füzuli şəhərində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirzoyevin təşəbbüsü ilə Füzuli şəhər 1 nömrəli tam orta məktəb tikilərək istifadəyə verilmişdir. Prezident İlham Əliyev də öz növbəsində 21.06.2023-cü il tarixində Özbəkistana dövlət səfərinə getmişdir. Bu görüşdə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanma mərasimi keçirilmişdir.
Türk dövlətləri arasında iqtisadi münasibətlər də genişləndirilir. Türk dövlətləri dünyanın ümumi ticarət dövriyyəsinin 2,4 faizini və qlobal ümumi daxili məhsulun 1,6 faizini təşkil edir.
Möhtərəm Prezident İlham Əliyev 03.11.2023-cü il tarixində Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu Zirvə görüşündə iştirak etmişdir. Bu görüşdə o, öz çıxışında ölkələrin qarşılıqlı fəaliyyətinin vacibliyini bildirərək demişdir: “ Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal, transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşündə səsləndirdiyi mesaj: “Naxçıvan Azərbaycanın qərb rayonları ilə birləşdirəcək nəqliyyat xəttinin həyata keçirilməsi də böyük əhəmiyyət kəsb edir. Xəttin açılması həm bölgədəki bütün ölkələrin rifahına mühüm töhvə verəcək, həm də türkiyyəni dədə-baba yurdumuz olan Orta Asiya ilə birləşdirəcək. Bu prosesin uğurla başa çatması üçün biz Türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirməliyik.”
Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan dövləti Türk dünyasının aparıcı dövlətlərindən birinə çevrilmişdir. İnanırıq ki, bütün Türk dövlətlərini birləşdirəcək Zəngəzur dəhlizi açılacaqdır.