Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün məhz tarixi Şuşa şəhərində keçirilməsi xalqımız üçün qürurvericidir

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün məhz tarixi Şuşa şəhərində keçirilməsi xalqımız üçün qürurvericidir

Fərid Bəşirov

“Neftçi İdman Klubu” İB-nin əməkdaşı

YAP Suraxanı rayon təşkilatının üzvü

Şuşaya ermənilərin ilk hücumlar aprel ayının sonlarından başlamışdı. Düşmən Şuşanı işğal etmək üçün bütün güclərini səfərbər etmişdi. Nəhayət, may ayının 8-də işğalçılar öz xain planlarını həyata keçirməyi bacardılar.  Şuşanın işğal olunması ilə demək olar ki, Qarabağın bütün yuxarı hissəsi ermənilərin nəzarəti altına keçdi.

Bu işğal nəticəsində yüzlərlə vətəndaşımız qətlə yetirildi, minlərlə şuşalı öz doğma yurdundan didərgin düşdü. Bir sıra tarixi-mədəniyyət abidələri mənfur düşmən tərəfindən talan edildi. Lakin xalqımız bu işğal nəticəsində böyük sarsıntılar keçirməsinə baxmayaraq həmin dönəmdə bütün dünyaya barışmaz mövqe nümayiş etdirir və bütün dünyadan təkidlə ədalət tələb edirdi.

Məhz xalqımızın bu mövqeyi və Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin cənablarının cəsarətli və uzaqgörən siyasəti nəticəsində şanlı ordumuz böyük şücaət göstərərək 30 illik işğala son qoydu. Ermənilərin yüksək səviyyədə müdafiə etdiyi, ən güclü hərbi dəstə və texnikalarını yerləşdirdiyi və yüksək dağlıq ərazidə çətin relyef quruluşuna malik olan Şuşa şəhəri işğaldan azad edildi.

Həmin gün Müzəffər Ali Baş Komandanımız möhtərəm İlham Əliyevin televiziya vasitəsilə xalqa müraciəti zamanı səsləndirdiyi “Şuşa, sən azadsan” ifadəsi hər bir azərbaycanlıya böyük qürur hissi yaşatdı. Şuşanın işğaldan azad olunduğu 8 noyabr tarixi Azərbaycanda “Zəfər Günü” kimi qeyd edilir. Bugün Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı” hesab olunur. 6 iyul 2024-cü il tarixində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün məhz tarixi Şuşa şəhərində keçirilməsi xalqımız üçün qürurvericidir.