Türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət prioritetlərindəndir
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 76 nömrəli tam orta məktəbin direktoru
2024-cü il 6 iyun tarixində Azərbaycanda TÜRKPA-nın növbəti plenar iclası baş tutmuşdur. İclasa Milli Məclisin Sədri Sahibə Qafarova sədrlik edib. O qardaş türk dövlətlərinin parlament sədrlərini, bütün nümayəndə heyətlərini salamlayaraq, iclas çərçivəsində aparılacaq müzakirələrdə əməkdaşlığımızın və birgə fəaliyyətimizin daha da genişlənməsinə təkan verəcəyinə inamını ifadə edib.
Türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət prioritetlərindəndir. Ölkələrimiz arasında çoxtərəfli əlaqələrin dərinləşdirilməsində türk əməkdaşlıq təşkilatlarının hər birinin xüsusi rolu vardır. Və bu təşkilatların ən böyük xüsusiyyəti onların ortaq mədəniyyətə, tarixə, dilə, mənəvi dəyərlərə malik xalqları və ölkələri birləşdirməsidir.
Keçirilmiş plenar iclasda vurğulanmışdır ki, Azərbaycan Respublikasının ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin dərinləşməsinə TÜRKPA-nın verdiyi töhfələri yüksək qiymətləndirir.
Bu iclasda bir çox önəmli məsələlər müzakirə olunmuşdur. Bunlardan biri də Azərbaycanın təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcəyidir.
Şuşada təşkil olunacaq qeyri-rəsmi Zirvə görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacağı qeyd edilib. Zirvə görüşünün Şuşada keçirilməsi böyük rəmzi məna daşıyır. Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir.
Prezident İlham Əliyev qeyd edib ki, azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük. Geniş quruculuq, abadlıq işləri aparılır və Qarabağ, Şərqi Zəngəzur dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcəyi qeyd olunub.
Həmçinin Prezident cənab İlham Əliyev vurğulayıb ki, Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir.
Çıxışçılar TÜRKPA-nın 13-cü şura və plenar iclaslarında aparılan fikir mübadiləsinin, qəbul ediləcək qərarların təşkilatın gələcək fəaliyyətinin daha da gücləndirilməsinə mühüm töhfə verəcəyinə inamlarını ifadə ediblər.