Tarixi xəritələrə baxdıqda Zəngəzur mahalı, Göyçə gölü və ətraf ərazilərinin hamısının türk eli, türk yurdu Azərbaycan torpağı olduğunu görürük

Tarixi xəritələrə baxdıqda Zəngəzur mahalı, Göyçə gölü və ətraf ərazilərinin hamısının türk eli, türk yurdu  Azərbaycan torpağı olduğunu görürük

Yeganə Maqsudova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 327 nömrəli tam orta məktəbin direktor əvəzi

Əbəs yerə deyilmir ki, dövlətlər öz qonşularını seçə bilmirlər. Təəssüflər olsun ki, Azərbaycan da öz yerləşdiyi strateji mövqeyə görə hər zaman xarici dövlətlərin tamahına tuş gəlmişdir. Bunun nəticəsidir ki, tarixdə dəfələrlə ölkəmizə qarşı ərazi iddiaları irəli sürülüb. Dövlətimiz öz milli müstəqilliyini, xalqının gələcək inkişafını daim müdafiə edib, hər zaman düşünülmüş addımlar atıb. Biz bunun əyani sübutunu 44 günlük Vətən müharibəsində bir daha gördük.

Mənfur düşmənimiz olan ermənilərin dövlətimizin tarixi torpaqlarına olan ərazi iddiaları isə sadəcə gülüncdür. Onların dünya ictimaiyyətinə təqdim etdikləri sənədlərin hamısı əsassız və uydurmadan başqa bir şey deyildir. Bu ərazilərin tarixi Azərbaycan torpağı olduğunu cənab Prezidentin Qərbi Azərbaycandan olan bir qrup ziyalılar ilə görüşündə bildirdiyi kimi bir çox tarixi sənədlər, tarixi xəritələr təsdiqləyir. Böyükdən-kiçiyə qədər hər kəs əslində bu tarixi faktı bilir, və inanırıq ki, gec-tez haqq nahaqqı üstələyəcəkdir.

Həyatda heç nə elə belə qazanılmır, əldə edilmir. Bunun bizə güclü siyasi lider, döyüş taktikasına mükəmməl yiyələnən ordu və  xalqın inamının harmoniyası gərəkdir. Bax, elə lap 44 günlük Vətən Müharibəsindəki kimi. Vətən Müharibəsində bizim yumruq kimi birləşən xalqımızın qarşısında, arxalı-dayaqlı erməni ordusu tab gətirə bilmədi və geri çəkildi. Doğrudur, şəhidlər verdik, lakin unutmaq olmaz ki, torpağı Vətən edən, ona qarışan şəhid qanıdır. O Vətən fədailəri ölməzliyin, sarsılmazlığın abidələridirlər. Biz bu günümüzü, gələcəyimizi şəhidlərimizə borcluyuq və bu haqq ödənilməzdir.

Tarixi xəritələrə baxdıqda Zəngəzur mahalı, Göyçə gölü və ətraf ərazilərinin hamısının türk eli, türk yurdu  Azərbaycan torpağı olduğunu görürük. Hər kəsə məlumdur ki, ermənilər köçəri həyat sürən balaca topluluq olub, heç vaxt onlarda dövlət və millət anlayışı olmayıb. “Arxalı köpək qurd basar” məsəli tam da bu məqamda yerinə düşdü. Lazımi vaxtda onlara cavab tədbirləri də görülüb. Sadəcə özlərinin dediyi yalanlara özləri də inandıqları üçün və xüsusilə başqalarının maraqlarını müdafiə etdikləri üçün beynəlxalq arenaya çıxa bilmiş, və təəssüflər olsun ki, t arixi Azərbaycan torpaqlarında Ermənistan adlı bir dövlət yaratmağa nail olmuşlar. Ancaq gec-tez ədalət öz yerini tutacaq. Bizim tariximiz, keçmişimiz və gələcəyimizə işıq tutacaqdır. Başımıza gələnlərdən dərs götürərək gələcək işlərimizi bunun üzərinə inşa edəcəyik.

Bir müəllim kimi düşünürəm ki, xalqın, dövlətin, millətin inkişafı ilk növbədə təhsilli gənclərdən keçir. Gözüaçıq, keçmişini və gələcəyini bilən, vətənpərvər, savadlı, xalqını fikirləşən bir nəsli yetişdirmək bizim üzərimizə düşür. İllərdir bu amalda çalışır, bunun üçün mübarizə aparırıq. Bunun nəticəsidir ki, II Qarabağ Müharibəsinin qalib tərəfi biz olmuşuq. Vətənin hər qarış torpağı üçün canını əsirgəmədən verən oğullar düzgün təhsil, tərbiyə ilə yetişib. İnanırırq ki, gələcəkdə bu gənclərimiz sayəsində Azərbaycanımız indi olduğundan da güclü, qüdrətli  dövlət olacaqdır.