Tarixi İtaliya Azərbaycan əməkdaşlığı və dostluğu

Tarixi İtaliya Azərbaycan əməkdaşlığı və dostluğu

Mehriban Həbibova 

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 317 nömrəli tam orta məktəbin müəllimi 

Qloballaşan dünyanın mühim güc və siyasiət mərkəzlərindən biri kimi çıxış dən İtaliya əlverişli coğrafi mövqeyinə , zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lokomativ dövlətinə çevrilmiş, Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə, respublikamızın avrostrukturlara daha dinamik inteqrasiyasına ciddi maraq göstərir.

Azərbaycan İtaliya əlaqələrinin tarixi  XX əsrin əvvəllərinə təsadüf edir. Azərbaycan hökuməti İtaliya ilə iqtisadi əlaqələri gücləndirmək üçün general İbrahim ağa Usubovun başçılığı ilə Romaya nümayəndə heyəti göndərdi .Heyət ,, hərbi missiya “ adlanırdı və əsasən , hərbi ,iqtisadi məsələlərlə bağlı işlər aparmalı idi. Hələ o zamandan Azərbaycanla siyasi və iqtisadi əlaqələri möhkəmləndirmək İtaliyanın xarici siyasətində əsas rol oynayırdı. 

1920 ci il yanvarın 17 də Azərbaycanı de – fakto tanıması haqda qərarını general İ.Usubova təqdim etdi və ölkəmizlə daimi əlaqə saxlamaq fikrində olduğunu bildirdi. İtaliya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1 yanvar 1992 ci ildə tanımış 8 may 1992- ci ildə isə iki ölkə arasında diplomatik əlaqələr qurulmuşdur .

20 fevral 2020-ci il tarixində Roma şəhərində Azərbaycan Respublikasının Prezidenti və İtaliya Respublikasının Nazirlər Şurasının Sədri tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” iki ölkə arasında ən yüksək səviyyəli siyasi sənəd olmaqla növbəti illər ərzində münasibətlərin dərinləşdirilməsi üçün yol xəritəsini müəyyənləşdirmişdir.

Azərbaycan-İtaliya çoxölçülü münasibətləri strateji tərəfdaşlıq xarakterinə malikdir.

1997- ci ildə sentyabrın 25 və 26 da Ulu Öndərimiz Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfəri dövlətlər arasında bütün sahələrdə münasibələrin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub . Bu səfər zamanı iki dövlət arasında siyasi ,iqtisadi , mədəni, texniki əməkdaşlıq üzrə yeddi saziş imzalanıb. Səfər çərçivəsində bir sıra dövlət adamları ilə mühim görüşlər keçirilmiş və əhəmiyyətli sazişlər imzalanmışdı, bu səfər İtaliya Azərbaycan arasında bütün sahələrdə əlaqələrin daha da gücləndirilməsi üçün böyük perspektivlər açıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2005, 2008, 2011, 2014, 2015- ci illərdə İtaliyaya rəsmi və işgüzar səfərlər etmiş eyni zamanda İtaliya rəhbərləri və dövlət adamları da dəfələrlə Azərbaycana səfərlər etmişlər və bu səfərlər çərçivəsində bir çox sazişlər imzalanmış , birgə layihələr və əməkdaşlıqlar haqqında əməli addımlar atılmışdı. Buna Trans Adriatik Boru kəmərinin çəkilməsini, İtaliya Azərbaycan Universitetinin fəaliyyətə başlamasını göstərmək olar .

2020 – ci il fevralın 20 -si Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya səfəri çərçivəsində birinci xanım Mehriban Əliyeva Romadakı Kurinale Sarayı ilə tanış olub. Birinci xanım Sarayın zallarını gəzmiş, burada nümayiş olunan eksponatlarla tanış olmuş, sarayın tarixi, burada saxlanılan qiymətli eksponatlar haqqınd məlumat almışdı.

Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrup 34 nəfərdən ibarətdir. Qrupun rəhbəri Azər Kərimlidir. İtaliyanın Parlamentlərarası İttifaq yanında İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun tərkibi 16 nəfərdən ibarətdir. Rəhbəri senator Marko Skurria olan qrup 18 aprel 2023-cü il tarixində formalaşıb.

 - Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov 2 dəfə İtaliyaya (Roma) 3-5 may 2010-cu il  və 6-8 may 2019-cu il tarixlərində rəsmi səfərlər etmişdir.

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova 17-19 may 2021-ci il tarixlərində İtaliyaya rəsmi səfər etmişdir. İtaliya Respublikası Senatının sədri Maria Elisabetta Alberti Kazellati 18-19 oktyabr 2018-ci il tarixində Bakıda rəsmi səfərdə olmuşdur.

İtaliya Azərbaycanın, eləcə də Azərbaycan İtaliyanın Cənubi Qafqaz regionunda əsas ticarət tərəfdaşıdır. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin təqribən 95 % Azərbaycanın payına düşür. Uzun illərdir Azərbaycan İtaliya üçün ən böyük xam neft tədarükçüsüdür. Cənub Qaz Dəhlizinin seqmentlərindən biri olan Trans-Adriatik qaz kəmərinin (TAP) istifadəyə verilməsi ilə Azərbaycan Avropada qaz təchizatında etibarlı tərəfdaşa, İtaliya üçün isə üçüncü ən böyük təbii qaz tədarükçüsünə çevrilib.

Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya fəaliyyət göstərir.  Bu gün də İtaliya ilə Azərbaycan tərəfdaşlığı uğurla davam edir , 2026- cı il mayın 4- də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycana səfəri zamanı Prezidentimiz öz çıxışında bildirdi ki, “ Bizim ölkələrimiz strateji tərəfdaşdırlar, 2014 və 2020 – ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanmışdır. Azərbaycanla İtaliya arasında ikitərəfli əməkdaşlıq daim inkişaf edir. Bizim üçün İtaliya bazarı həm neft həm qaz satışı baxımdan əhəmiyyətlidir. 

Çıxış zamanı Prezident yeni əməkdaşlıq sahəmiz olan hərbi texniki sahənin ümidvericiliyindən, Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında ikitərəfli münasibətlərdən də inkişafından bəhs etdi .  Hər bir Azərbaycan vətəndaşı Bu əməkdaşlığın daimi olması və gələcəkdə daha da inkişaf etməsini  dəstəkləyir.