Yanvarın 20-də Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavinləri Rəşad Hacıyev, Könül Axundova, Fuad Cəbrayılov, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, digər rəsmi şəxslər, şəhid ailələri və qazilərin iştirakı ilə Vətən müharibəsinin şəhidi Orucov Səbuhi Vahid oğlunun doğum günü münasibətilə Bülbülə qəsəbəsi Şəhidlər Xiyabanında məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Şəhidimizin məzarı önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra tədbir iştirakçıları Şəhid Səbuhi Orucovun xatirəsinə həsr olunmuş bulaq-xatirə kompleksini ziyarətdən sonra, açılmış ehsan süfrəsində iştirak etmişlər.