Şəhid Röyal Balaşzadənin doğum günü Suraxanı Rayonunda məzun olduğu məktəbdə qeyd edildi
Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən Şəhid olmuş Suraxanı Rayon sakini əsgər Balaşzadə Röyal Atduxan oğlunun 19-cu doğum günü məzun olduğu 315 nömrəli tam orta məktəbdə qeyd edilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov və digər rəsmi şəxslər şəhidin ailə üzvlərini ziyarət edib, eləcə də 315 nömrəli tam orta məktəbdə baş tutan tədbirdə iştirak ediblər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb, şəhidimizin həyatını özündə əks etdirən video-çarx nümayiş olunub.
Suraxanı rayonu 315 nömrəli tam orta məktəbin direktor əvəzi Leyli Rüstəmova Röyalın qısa lakn mənalı ömür yolundan, məktəbin məzunu olmasından qürurla söz açıb, təhsil illərində özünü bacarıqlı şagird kimi göstərdiyini, yoldaşlarının və müəllim kollektivinin dərin hörmətini qazandığını, igidliyilə gənclərə örnək olduğunu bildirib.
Daha sonra məktəblilərin təqdimatında bədii kompozisiya təqdim edilib, vətənə və qələbəyə aid şeirlər səsləndirilib.
Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında qazanılan qələbənin siyasi arenada da uğurla davam etdirildiyini vurğulayan RİH başçısı Əziz Əzizov qeyd edib ki, Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb.
Həmçinin, şəhidimizin nənəsi anası Adilə Abdulova xanım çıxış edərək ölkəmizdə şəhid ailələrinə göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına təşəkkürünü ifadə edib.