Şəhid Mehdi Fərzullazadə məzun olduğu məktəbdə ehtiramla yad edildi

Şəhid Mehdi Fərzullazadə məzun olduğu məktəbdə ehtiramla yad edildi

11.10.2023-cü il tarixində Nəriman Həmidov adına 208 nömrəli tam orta məktəbdə Müstəqil Azərbaycan Respublikasının azadlığı uğrunda canını qurban  verərək şəhidlər zirvəsinə ucalmış Vətən Müharibəsi şəhidi Mehdi Zaman oğlu Fərzullazadənin əziz xatirəsinə ithaf olunmuş ``Qarabağda Xilaskarlıq və Zəfər Missiyası`` adlı kitabının təqdimatı keçirilmişdir.

Məktəb şagirdlərinin iştirakı ilə şəhidin əziz xatirəsinə ithaf olunmuş bədii hissədən sonra Mehdi Fərzullazadənin anasıl Elvira xanım, “Qarabağda Xilaskarlıq və Zəfər Missiyası`` kitabının müəllifi Etibar Kərimli, kitabın redaktoru Hüsna Ələkbərzadə, Suraxanı RİH nümayəndəsi Elmar Hüseynov, YAP Suraxanı təşkilatının sədr müavini Salman Əbdulov, Şəhid anaları, qazilər, Şəhid Mehdinin döyüş yoldaşları çıxış etmişlər. Tədbirin qonaqları məktəbimizdə yaradılmış şəhid Mehdi Fərzullazadənin Muzey Guşəsini daha sonra isə məzarını ziyarət etmişlər.