Şəhid mayor Rüfət Əsgərovun mövlud günü qeyd olunub

Şəhid mayor Rüfət Əsgərovun mövlud günü qeyd olunub

Təbdir iştirakçıları öncə mayor Əsgərov Rüfətin II Fəxri Xiyabandakı əbədi istirahətgahını ziyarət etmiş, tər güllər düzmüş, dualar oxumuşlar. Daha sonra şəhidə həsr olunmuş müxtəlif məzmunlu tədbirlərlə Rüfət Əsgərovun anım günü davam etmişdir.

Qeyd edək ki, şəhid mayor Əsgərov Rüfət Mürvət oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Rəşadət" ordeni, “Vətən uğrunda”, "Hərbi xidmətlərə görə" və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə,  Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.

.