YAP Suraxanı rayon təşkilatının nümayəndələri haqqın rəhmətinə qovuşmuş Vətən Müharibəsi qazisi Əlizadə İslamın anım mərasimində iştirak etmişlər
Vətən Müharibəsində iştirak edərək döyüş əməliyyatlarında qəhrəmancasına yaralanmış qazi Əlizadə İslam Dursun oğlu 15 noyabr 2021-ci ildə haqqın rəhmətinə qovuşmuşdur. 17 noyabr 2021-ci il tarixdə qazimizin üç mərasimi keçirilmişdir. Mərasimdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər rəsmi şəxslər iştirak etmişlər.
Qeyd edək ki, haqqın rəhmətinə qovuşmuş Vətən Müharibəsi qazisi Əlizadə İslam Dursun oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Göstərilən diqqət və qayğıya görə haqqın rəhmətinə qovuşmuş Vətən Müharibəsi qazisinin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.