Bu gün, Hövsan qəsəbəsi, 172 nömrəli tam orta məktəbdə, şəhid Qasımov Kamal Hüseyn oğlunun anadan olmasının 20-ci il dönümünə həsr olunmuş xatirə tədbiri keçirilib. Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov və digər rəsmi şəxslər iştirak ediblər.