Şəhid Eissavi Muhammədin doğum günündə adının əbədiləşdirilməsi məqsədi ilə inşa edilmiş bulaq-xatirə kompleksinin açılışı və anım mərasimi keçirilib
18 fevral Eissavi Muhamməd Mazen oğlunun doğum günüdür. Öncə şəhid Eissavi Muhammədin Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən Şəhidlər Xiyabanındakı əbədi istirahətgahı ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur. Doğum günü münasibəti ilə Suraxanı rayonu Hövsan qəsəbəsinin sakini, Vətən Müharibəsi şəhidi əsgər Eissavi Muhamməd Mazen oğlunun adının əbədiləşdirilməsi məqsədi ilə inşa edilmiş bulaq-xatirə kompleksinin açılış mərasimi keçirilib. Daha sonra şəhidin məzunu olduğu Suraxanı rayonu 76 nömrəli tam orta məktəbin kollektivinin təşkil etdiyi anım tədbiri keçirilmişdir.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, digər rəsmi şəxslər, şəhid ailələri, qazilər, qəsəbə sakinləri və şəhidin doğmaları iştirak etmişlər.
Suraxanı RİH-nin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər rəsmi şəxslər şəhid Eissavi Muhammədin ailəsinin qayğıları ilə maraqlanmışlar. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidimizin əziz xatirəsini bir daha yad edərək Allahdan rəhmət diləmişdir.
Qeyd edək ki, şəhid əsgər Eissavi Muhamməd Mazen oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.