“Suveren ölkənin gəncləri” adlı tədbir keçirilib

“Suveren ölkənin gəncləri” adlı tədbir keçirilib

13 noyabr 2025-ci il tarixində Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Suveren ölkənin gəncləri” adlı tədbir keçirilib. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova, Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Mahmudova və bir sıra rəsmi qonaqlar iştirak etmişdir.

 Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən  şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Tədbiri giriş sözü ilə açan Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Mahmudova suveren ölkənin gəncləri dövlətin gələcəyinin təminatıdır. Gənclərimiz təhsildə, idmanda, elmdə və mədəniyyət sahələrində öz potensiallarını göstərərək, milli dəyərlərin qorunmasına və təbliğinə xidmət edirlər.

 Çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov “Konstitusiya və Suverenlik ili” ilə bağlı məktəblilələrə geniş məlumat verdi.

 YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova tədbirdə çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyası  12 noyabr 1995-ci ildə ümümxalq səsverməsi yolu ilə qəbul edilmişdir. Nərgiz Çıraqova onu da xüsusi vurğulamışdır ki, Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən 2025-ci il “Konstitusiya və Suverenlik ili” elan edilmişdir. Bu qərar Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü və suverenliyimizin tam təmin edilməsi ilə bağlıdır.

 Tədbir 37 nömrəli Uşaq Musiqi Məktəbinin müəllim-şagird kollektivinin ifalarında musiqi nömrələri ilə davam etdirildi.