Suraxanıda "5 oktyabr-Beynəlxalq Müəllimlər Günü" qeyd edildi

Suraxanıda "5 oktyabr-Beynəlxalq Müəllimlər Günü" qeyd edildi

Oktyabrın 5-də Suraxanı Rayon İcra Hakimiyyətində “Beynəlxalq Müəllimlər günü” münasibəti ilə tədbir keçirilib. Rayonun təhsil müəssisələrində çalışan təhsil işçilərinin qatıldığı tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Suraxanı Rayon İcra Hakimiyyətinin Akt zalında keçirilən tədbirdə ilk öncə Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçərək şəhid olmuş vətən övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatları və digər şəxslər “5 oktyabr-Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə rayonun təhsil işçilərini təbrik etmiş, qarşıdakı tədris ilində hər birinə uğurlar arzulamışlar.

Sonda bir qrup təhsil müəssisəsinin kollektivi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib.