Suraxanı rayonunda YAP üzvləri ilə görüşlər uğurla davam edir
YAP Suraxanı rayon təşkilatının Əmircan qəsəbəsi Mirzə Əsədullayev küçəsi 5 (114 nömrəli tam orta məktəb) ünvanında yerləşən ərazi partiya təşkilatında yerli təşkilatın sədri Vüqar Seyidov və yerli təşkilatın məsul əməkdaşlarının iştirakı ilə görüş keçirilmişdir.
İclasa sədrlik edən ƏPT sədri Könül Hüseynova YAP üzvlərini salamlayaraq iclası açıq elan etdikdən sonra təmsil olunduqları qurumun ümumi fəaliyyəti, təhsil sahəsində son illər ərzində aparılan islahatlar, müəllimlərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, əldə olunan uğurlar və nailiyyətlər haqqında məlumat verdi.
Ərazi Partiya Təşkilatının gənc fəal üzvü Lamiyə Mənsumova çıxış edərək ƏPT-də ideoloji işin gücləndirilməsi və səmərəliliyin artırılması ilə əlaqədar olaraq tədbirlər planı və iş planına müvafiq olaraq görülmüş işlər haqqında məlumat verdi. Lamiyə Mənsumova yerli təşkilatın təlimatlarının icrası, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat-uçot işlərinin operativ və səmərəli aparılması, ideoloji işin məqsədyönlü qurulması ilə bağlı geniş məlumat verdi.
ƏPT-nin fəal üzvü, Təranə Alıyeva sosial şəbəkə fəalı öz çıxışında Azərbaycan cəmiyyətində baş verən hadisələrə, ictimai-siyasi proseslərə öz münasibətlərini bildirərək müntəzəm olaraq ölkəmizin inkişafı və uğurları barədə KİV-lərdə və sosial şəbəkələrdə aktivliyin təmin olunması və çıxışların edilməsi, müxtəlif mövzularda fikir mübadiləsinin aparılması ilə bağlı görülən iş haqqında məlumat verdi.
YAP üzvü Vaqif Qurbanov sosial şəbəkələrdə və dövrü mətbuatda partiya üzvlərinin fəallıqlarının artırılması, təmsil olunduqları peşə sahələrində aparılan islahatlar, yeniliklər haqqında, o cümlədən gənclərin ictimai – siyasi həyatda rolu, onların fəallığı, ölkənin siyasi həyatında partiyaların rolu haqqında çıxış etdi.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov YAP üzvləri qarşısında çıxış edərək demişdir ki, Əmircan qəsəbəsi Mirzə Əsədullayev küçəsi 5 (114 nömrəli tam orta məktəb) ünvanında yerləşən ərazi partiya təşkilatının üzvləri öz fəallıqları ilə rayonun ictimai-siyasi həyatında müsbət mənada fərqlənməyi bacarmışlar. Vüqar Seyidov ölkənin əldə etdiyi uğurlara və bu uğurların qorunub saxlanması naminə vətəndaşların həmrəylik məsələsinə toxunaraq demişdir ki, hər bir YAP üzvü öz ölkəsinin inkişafı naminə ölkə Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin ətrafında sıx birləşməlidir. Yerli təşkilatın sədri ƏPT-nin üzvlərinə öz tapşırıq və tövsiyyələrini vermişdir.