Suraxanı rayonunda  Vətən müharibəsi Şəhidi İsa Məmmədov anım günündə ehtiramla yad edilib

Suraxanı rayonunda  Vətən müharibəsi Şəhidi İsa Məmmədov anım günündə ehtiramla yad edilib
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, “Vətən uğrunda” və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmiş şəhid Məmmədov İsa Nazim oğlunun anım günü qeyd edilib.
Anım günündə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri qəhrəman şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Qeyd edək ki, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edən İsa Məmmədov 2020-ci il noyabrın 2-də Goranboy rayonu Buzluq kəndi yaşayış məntəqəsi istiqamətində, düşmənin “Camış aşırımı-3305 yüksəkliyi” yaxınlığında hərbi əməliyyatları nəticəsində şəhid olub.
Şəhidin ailə üzvləri onlara göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına təşəkkürlərini ifadə ediblər.