Suraxanı rayonunda şəhidlərin anım mərasimləri keçirilib
Mayın 23-də şəhidlərin anım mərasimləri təşkil edilib
Nəşinin qalıqları tapılaraq dəfn olunan 1-ci Qarabağ müharibəsinin şəhidi 1960-cı il təvəllüdlü İmaməliyev Arif Ələkbər oğlunun 3 mərasimi və 2003-cü il təvəllüdlü şəhid Məmmədli Davud Fuad oğlunun il mərasimi keçirilib.
Mərasimlərdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Mühafizə İdarəsinin rəisi Arif Məmmədov, Rayon Polis İdarəsinin rəis müavini Surxay Vəliyev, RİHB-nin müavinləri, şöbə müdirləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidlərin məzarları ziyarət olunub, gül dəstələri düzülərək ruhlarına dualar oxunub. Daha sonra açılan ehsan süfrələrində onların və bütün şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.





