Suraxanı Rayonunda Şəhid əsgər Hüseynzadə Fəridin doğum günü ehtiramla yad edilmişdir

Suraxanı Rayonunda Şəhid əsgər Hüseynzadə Fəridin doğum günü ehtiramla yad edilmişdir

18 may Vətən Müharibəsi Şəhidi Şəhid əsgər Hüseynzadə Fərid Eldəniz oğlunun doğum günüdür. Şəhidimizin doğum günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər rəsmi şəxslər ailənin qayğıları ilə maraqlanmışlar.

Şəhidimizin Suraxanı rayon Bülbülə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanındakı əbədi istirahətgahı ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidimizin əziz xatirəsini bir daha yad edərək Allahdan rəhmət diləmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.