Suraxanı Rayonunda şəhid mayor Murad Məmmədovun xatirəsi ehtiramla anılıb

Suraxanı Rayonunda şəhid mayor Murad Məmmədovun xatirəsi ehtiramla anılıb
İkinci Fəxri xiyabanda Qaraheybətdə helikopter qəzası zamanı şəhid olan mayor Məmmədov Murad Yaşar oğlunun şəhadətinin birinci ildönümü münasibətilə məzarı ziyarət olunub. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, şəhid ailəsinin üzvləri və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxunub.
Haqq dünyasına qovuşmuş Şəhidimizə allahdan rəhmət diləyən RİH başçısı Əziz Əzizov onun doğmalarına təskinlik verərək səbr diləmiş, belə vətənpərvər oğullarımızla bütün Azərbaycan xalqının fəxr etdiyini söyləmişdir.
Qeyd edək ki, ötən il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb, mayor Murad Məmmədov və daha 13 hərbçi şəhid olub.