Suraxanı rayonunda Şəhid Davud Məmmədliyə 3 mərasimi keçirilib

Suraxanı rayonunda Şəhid Davud Məmmədliyə 3 mərasimi keçirilib

 Daşkəsən rayon ərazisində "N" saylı hərbi hissədə xidmət zamanı ildırım vurması nəticəsində dünyasını dəyişmiş Suraxanı rayonu Əmircan qəsəbə sakini Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər 2003-cü il təvəllüdlü Şəhid Məmmədli Davud Fuad oğlunun 3 mərasimi keçirilib.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Afət Həsənova, YAP-ın Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, digər rəsmi şəxslər, rayon ictimaiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri tərəfindən ilk öncə şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək ruhuna dualar oxunub.

Daha sonra açılan ehsan süfrəsində Şəhidin əziz xatirəsi ehtiramla yad edilib. RİH başçısı Əziz Əzizov Şəhidimiz Davud Məmmədlinin doğmalarına dərin hüznlə bir daha başsağlığı verərək Allahdan rəhmət diləyib. O, bildirib ki, Şəhidlər bizim qürur yerimiz, fəxrimizdir. Xalqımız heç zaman Vətən naminə canını qurban vermiş Şəhid övladlarını unutmayacaq, onları əbədi xatirə kimi qəlbində yaşadacaq.