Suraxanı rayonunda “Şuşa ili” çərçivəsində solo fortepiono konserti keçirilmişdir

Suraxanı rayonunda “Şuşa ili” çərçivəsində solo fortepiono konserti keçirilmişdir

11 may 2022 tarixində Gülarə Əliyeva adına 3 saylı Uşaq İncəsənət Məktəbində “Şuşa ili” çərçivəsində Suraxanı rayonu 37 saylı Musiqi Məktəbinin fortepiano ixtisası üzrə VI sinif şagirdi, respublika və beynəlxalq müsabiqələr laureatı Uğurluyeva Ayşənin “Şuşa ili”-nə həsr olunmuş solo konserti keçirilmişdir.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev və digər rəsmi şəxslər iştirak etmişlər. 

Daha sonra Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Ayşən Uğurluyevanı təbrik etmiş, gələcək fəaliyyətində ona uğurlar arzulamış və bildirmişdir ki, istedadı ilə tanınan hər bir gəncin qiymətləndirilməsi onun üçün stimuldur, gələcək uğurlu fəaliyyətinin başlanğıcıdır. Bu gün dövlətimiz tərəfindən belə gənclərin bacarıqlarının üzə çıxarılması, onların tanınması üçün hər cür şərait yaradılıb. RİH başçısı həmçinin, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2022-ci ilin “Şuşa İli” elan olunmasının ölkəmizdə milli-mədəni və tarixi irsimizin qorunması və təbliğ olunmasına hər zaman dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyinin bariz nümunəsi olduğunu da qeyd etmişdir.
YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov Ayşən Uğurluyevanının yaşının az olmasına baxmayaraq kifayət qədər uğur qazanmasının sevindirici hal olduğunu vurğulamışdır. Qədim Suraxanı torpağının Azərbaycan Mədəniyyətinə böyük töhfələr bəxş etdiyini bildirən V.Seyidov Ayşən Uğurluyevaya gələcəkdə daha böyük nailiyyətlər qazanmağı diləmişdir.
Sonda 37 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Möhüb Babayev gələn qonaqlara öz təşəkkürünü bildirmişdir.