Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, Suqovuşanın azad olunmasına görə", Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", həmçinin ordudakı misilsiz xidmətlərinə görə III dərəcəli "Qüsursuz xidmətə görə", II dərəcəli "Qüsursuz xidmətə görə", I dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medallarına layiq görülən şəhid mayor Rüfət Əsgərovun anım günü qeyd olunub.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti tərəfindən şəhid mayor Rüfət Əsgərovun II Fəxri Xiyabandakı məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb və ruhuna dualar oxunub. Eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.