Suraxanı rayonunda şəhid İsabala Hüseynovun doğum günü qeyd olunub

Suraxanı rayonunda şəhid İsabala Hüseynovun doğum günü qeyd olunub

15 sentyabr Vətən Müharibəsi şəhidi şəhid əsgər Hüseynov İsabala Ceyhun oğlunun doğum günüdür. Şəhidimizin dünyaya gəlməsinin 23-ci ildönümü ilə əlaqədar YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov İsabala Hüseynovun Suraxanı rayon Əmircan qəsəbəsində yerləşən Şəhidlər Xiyabanındakı əbədi istirahətgahını ziyarət etmiş, tər güllər düzmüş, dualar oxumuşdur. 

Daha sonra Suraxanı rayon Əmircan qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında Şəhidin ruhuna verilən ehsan süfrəsində iştirak edən yerli təşkilatın sədri Şəhid ailəsinin qayğıları ilə maraqlanmışdır

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə,  Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.