Suraxanı rayonunda “Qurtuluşu yaşadacaq nəsillər” adlı tədbir keçirilmişdir
11 iyun 2026-cı il tarixdə 323 saylı körpələr evi-uşaq bağçasında Yeni Suraxanı Bələdiyyəsi və 323 saylı körpələr evi-uşaq bağçasının birgə təşkilatçılığı ilə “Qurtuluşu yaşadacaq nəsillər” adlı tədbir keçirilmişdir.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev, Yeni Suraxanı Bələdiyyəsinin sədri, YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatının (ƏPT) sədri Həqiqət Məmmədova, 323 saylı körpələr evi-uşaq bağçasının müdiri, YAP Suraxanı rayon təşkilatının ƏPT sədri Məhsəti Sadiqli, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının (RİHB) Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi (QİƏD) üzrə nümayəndəsi, YAP Suraxanı rayon təşkilatının ƏPT sədr müavini Hüseynqulu Quliyev, "Göyərçin" körpələr evi-uşaq bağçasının müdiri, YAP Suraxanı rayon təşkilatının ƏPT sədr müavini Aygün Qəhrəmanova, şəhid ailələrinin üzvləri və digər şəxslər iştirak etmişlər.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra 323 saylı körpələr evi-uşaq bağçasının balaca fidanlarının ifasında vətənpərvərlik ruhunda nümunəvi çıxışlar tədbir iştirakçılarına təqdim olunmuşdur.
323 saylı körpələr evi-uşaq bağçasının müdiri, YAP Suraxanı rayon təşkilatının ƏPT sədri Məhsəti Sadiqli qonaqları salamlayaraq bildirmişdir ki, vətənpərvərlik məhz ilk təlim-tərbiyə dövründən başlanmalıdır. Ulu Öndər Heydər Əliyevin Milli Qurtuluş fəlsəfəsi lap kiçik yaşlardan təbliğ edilməlidir. Bu təlim-tərbiyə metodu güclü və vətənpərvər gənclik yetişdirməyə kömək edir.
Yeni Suraxanı Bələdiyyəsinin sədri, YAP Suraxanı rayon təşkilatının ƏPT sədri Həqiqət Məmmədova çıxış edərək bildirmişdir ki, Azərbaycan xalqının müasir tarixində 15 İyun – Milli Qurtuluş Günü xüsusi və taleyüklü əhəmiyyətə malikdir. Bu tarix təkcə siyasi dəyişiklik deyil, həm də dövlətçiliyimizin qorunması, müstəqilliyimizin xilas edilməsi və gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından dönüş nöqtəsidir.
Şəhid anaları Cahan Əsədova və Nuriyyə Səfərova çıxış edərək qeyd etmişlər ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Şanlı Zəfərin təməli Milli Qurtuluş Günündə Ulu Öndər Heydər Əliyev tərəfindən atılıb. Dövlətin şəhid ailələrinə göstərdiyi qayğıdan danışan analar Ulu Öndər Heydər Əliyevin humanist siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini bildirmişlər.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının (RİHB) Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi (QİƏD) üzrə nümayəndəsi YAP Suraxanı rayon təşkilatının ƏPT sədr müavini Hüseynqulu Quliyev o illəri xatırlayaraq demişdir ki, Milli Qurtuluş tariximizin baş memarı Ulu Öndər Heydər Əliyev və onun ətrafında sıx birləşən böyük xalq kütlələri olmuşdur.
Sonda çıxış edən YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev Milli Qurtuluş tariximizə və Milli Qurtuluşun izi ilə mövcudluğunu qoruyan dövlətçiliyimizə, tərəqqimizə, inkişafımıza geniş nəzər salaraq demişdir ki, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan Respublikasının banisidir. Ümummilli Liderin həyata keçirdiyi dahi siyasət xalqımızı uçurumdan xilas etmişdir. Yerli təşkilatın əməkdaşı xüsusi vurğulamışdır ki, Prezident cənab İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiq qalaraq onun siyasi kursunu daha da inkişaf etdirməsi xalqımızın tarixi uğurlar qazanmasına səbəb olmuşdur.
Sonda xatirə şəkli çəkdirilmişdir.