Suraxanı rayonunda "Heydər Əliyev İli” çərçivəsində “Uşaqlar hamımızın bu günü və gələcəyidir” adlı tədbir keçirilib
Suraxanı rayonu 141 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə "Heydər Əliyev İli” çərçivəsində “1-iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə “Uşaqlar hamımızın bu günü və gələcəyidir” adlı tədbir keçirilib. Qaraçuxur qəsəbəsi Qurban Abbasov adına Mədəniyyət sarayında keçirilən tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Bakı Ali Neft Məktəbinin rektoru, Yeni Azərbaycan Partiyasının İdarə heyətinin üzvü Elmar Qasımov və digər rəsmi şəxslər iştirak etmişlər.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra məktəbin müəllim-şagird kollektivi tərəfindən hazırlanan Ulu Öndər Heydər Əliyevə həsr edilmiş ədəbi-bədii kompazisiya nümayiş olunmuşdur.
Çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov məktəbin müəllim-şagird kollektivi tərəfindən hazırlanan Ulu Öndər Heydər Əliyevə həsr edilmiş ədəbi-bədii kompazisiyanı yüksək qiymətləndirdi. RİH-nin başçısı Ulu Öndərin ömür yolunun Vətənə və xalqa xidmət nümunəsi olduğunu vurğuladı.
Sonda çıxış edən Suraxanı rayonu 141 nömrəli tam orta məktəbin direktoru Fərəh Hüseynova tədbirdə iştirak edən qonaqlara öz minnətdarlığını bildirərək qeyd etmişdir ki, yetişməkdə olan gənc nəsil üçün Ulu Öndərin ömür yolu etalondur.