Suraxanı Rayonunda Gülarə Əliyevanın 90 illik yubileyi qeyd edildi
Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsinin noyabr ayının 15-i Suraxanı rayon Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində əməkdar mədəniyyət işçisi, mədəniyyət xadimi, pianoçu Gülarə xanım Əliyevanın 90 illik yubileyi qeyd olunub. Qeyd edək ki, tədbir iştirakçıları Bülbülə qəsəbəsindəki incəsənət məktəbnin foyesindən asılmış tanınmış musiqi xadimlərinin, yaradıcı insanların, sənətkarların portretləri ilə tanış olublar.
Bayram əhval-ruhiyyəsi məktəbin şagird və müəllimlərinin üzündə də xoş təəssürat yaratmışdı. Akt zalı gül-çiçəklə bəzədilmişdi. Qonaqlar məktəbin akt zalına dəvət olunduqdan sonra tədbirin aparıcısı incəsənət məktəbinin nəzəriyyə müəllimi Təranə Salamova qeyd etdi ki, bu günki qonaqlarımızın əksəriyyəti vaxtılə əməkdar mədəniyyət işçisi Gülarə Əliyeva ilə birlikdə işləyən çox dəyərli insanlardır. Qonaqların adları sadalanıb. Xüsusi olaraq vurğulanıb ki, Respublikanın əməkdar artisti Taryel Abbasov hazırda Gülarə Əliyevanın adını daşıyan "Dan Ulduzu" ansamblının bədii rəhbəridir.
Tədbirdə respublikanın əməkdar artistləri Aybəniz Haşımova, Rühəngiz Musəvi, Firuzə İbadova, Abbas Zeynalov, Müdafiə Nazirliyinin orkestr şöbəsinin dirijoru general-mayor Yusif Axundzadə, əməkdar mədəniyyət işçisi Gülarə Əliyevanın qızı Ayəndə Əliyeva, Suraxanı rayon icra başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov iştirak edirdilər.
Aparıcı tədbir açaraq qeyd edib ki, tədbirdə əsasən incəsənət adamlarına söz veriləcək. Onların fikirləri, yubilyar haqqında düşüncələri hər birimiz üçün vacibdir, dəyərlidir. Söz Gülarə Əliyeva adına "Dan Ulduzu" instrumental ansamblının bədii rəhbəri, respublikanın əməkdar artisti Tarıyel Abbasova verilib. Tarıyel Abbasov Gülarə Əliyeva ilə bağlı xatirələrindən danışıb. O, qeyd edib ki, "Gülarə Əliyeva bizim ansamblda iştirak edən muğənnilərin dayağı olub. Mən öz üzərimə düşən vəzifəni layiqincə yerinə yetirərək, ansamblı daha da genişləndirirəm".
Sonra söz respublikanın əməkdar artistləri Aybəniz Haşımovaya və Rühəngiz Musəviyə verilib. Onlar da gənc vaxtlarında Gülarə xanıma ansamblına dəvət olunmalarından danışıblar. Daha sonra söz Gülarə Əliyevanın qızı Ayəndə Əliyevaya verilib. Ayəndə xanım anasının xatirələrindən danışıb. Qeyd edib ki, muğənnilərin hamısı bizim evdə olublar.
Suraxanı rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək qeyd edib ki, bugünki tədbir Zəfər bayramı ilə üst-üstə düşüb: "Bu günki tədbir bir daha göstərdi ki, respublikamız günü-gündən inkişaf edir. Bu inkişafa görə, cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev cənablarına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürümüzü bildiririk". Ə.Əzizov tədbiri təşkil edənlərə, başqa məktəbin rəhbəri Elvina Əhmədova olmaqla, bütün kollektivə öz minnətdarlığını və təşəkkürünü bildirib.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov "Dan Ulduzu" instrumental ansamblından söz açıb. Ansamblda iştirak edən muğənnilərin adlarını çəkib, vəfat edənlərə rəhmət diləyib.
Sonra "Dan Ulduzu" instrumental ansamblında çalışan respublikanın əməkdar artisti Aybəniz Haşımova, Firuzə İbadova, Rühəngiz Musəvi mahnıları ilə zalda əyləşənləri sevindiriblər və alqışlarla qarşılanıblar.